Neft Fondunun investisiya siyasətinə dəyişiklik edilib
15:25 28.12.2018
Arxiv
599
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən 2.1.7-ci yarımbənddə "BB-” və "Ba3” işarələri müvafiq olaraq "B-” və "B3” işarələri ilə əvəz edilir.
Həmin yarımbənddə qeyd edilir ki, bu qaydaların 3.3-cü bəndinin səkkizinci yarımbəndi ilə müəyyən edilən hallarda Neft Fondunun valyuta vəsaiti üzrə hesabların açıldığı, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi "BB-” (Standart ənd Purz, Fiç) və ya "Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.
3.3-cü bəndin səkkizinci yarımbəndi aşağıdakı redaksiyada verilir
"investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi "B-" (Standard ənd Purz, Fiç) və ya "B3” (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi "BB-" (Standard ənd Purz, Fiç) və ya "Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.”.
İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi "BB-" (Standard ənd Purz, Fiç) və ya "Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan borc öhdəlikləri və ya təsisatlardakı depozitlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm