"Neftin qiyməti tam üzən məzənnə rejiminə təsir göstərəcək"- EKSPERT
12:20 19.07.2018
Arxiv
1087
"Mərkəzi Bank ötən il üzən məzənnəyə keçidi elan etsə də, bunu reallaşdırmaq mümkün olmadı”.
Bu barədə "Sherg.az”a bəzi ekspertlərin tam üzən məzənnəyə keçidin ziyanları barədə fikirlərini şərh edərkən iqtisadçı - ekspert Vüqar Bayramov bildirib.
O qeyd edib ki, 2017-ci ildə Mərkəzi Bank valyuta bazarında tənzimləməni həyata keçirmək üçün məzənnəyə təsir etməli oldu:
"2020-ci ildə Mərkəzi Bank üzən məzənnəyə keçidi reallaşdıra bilər. Bunun üçün valyuta bazarının liberallaşdırılmasına ehtiyac var.
Valyuta bazarının liberallaşmasını təmin etmək üçün neftdən asılılığın aradan qaldırılması vacibdir.
2020-ci ildə tam üzən məzənnə rejiminə keçid reallaşarsa, bu həmin vaxta qədər neftdən asılılığın hansı səviyyəyə qədər azaldılmasından, ölkəyə daxil olan valyutanın artması və neftin həmin dövrdəki qiymətindən asılı olacaq. Neftin qiyməti birbaşa tam üzən məzənnəyə keçidə təsir göstərəcək.
Bu gün hətta qonşu ölkələrdə belə tam üzən məzənnə rejimi tətbiq olunur. Dünya ölkələri, tam üzən məzənnə rejimində fəaliyyət göstərən dövlətlər bununla valyutaların kursunu müəyyənləşdirməyə çalışırlar. Azərbaycanda da bu mərhələli tətbiq olunsa, bazar kursunun müəyyənləşməsi mümkün olacaqdır”.
Qeyd edək ki, Monitorinq və Qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında 2020-ci ildə Azərbaycanda tam üzən məzənnə rejiminin tətbiq olunacağı vurğulanıb. Hesabatda qeyd olunub ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə