Nərəcinsli balıqların ovuna 20-25 il qadağanın qoyulması təklif edilə bilər
11:52 13.11.2017
Arxiv
554
Noyabrın 21-23-də Bakıda dövlətlərarası Xəzər dənizi Su Bioresursları Komissiyasının I sessiyası keçiriləcək.
Bunu Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Onun sözlərinə görə, Xəzər Dənizi Su Biloloji Resurları Komissiyası təsisatlarası komissiya olub: "2014-cü ilin sentyabr ayında Rusiyanının Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Zirvə Görüşündə qəbul olunan protokolda Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər Dənizi Su Biloloji Resurları Komissiyasının təsnifatlaşdırıcı statusdan hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılıb. 2016-cı ilin ortalarında bu sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Bu komissiyanın dövlətlərarası statusda ilk komissiyası isə Bakıda keçiriləcək".
İnstitut direktoru qeyd edib ki, ümumilikdə 2011-ci ildən başlayaraq, Xəzəryanı ölkələrin hamısı nərəcinli balıqların sənaye ovuna texniki moratorium tətbiq edir: "Bu, o deməkdir ki, dövlətlərarası saziş olmasa da, biz bir-birimizə bu balıqları ovlamamaq barəsində söz vermişik. Bu balıqlar yalnız balıqartırma məqsədləri, qismən, yəni çox kiçik həcmdə də elmi-tədiqat məqsədləri üçün ovlana bilər. Amma moratoriumun tətbiqi barədə qərar qəbul oldunqudan sonra bu, artıq başqa - dövlətlərarası status səviyyəsində həyata keçiriləcək".
M.Axundov qeyd edib ki, əsasən texniki məsələlərin müzakirə ediləcəyi ilk sessiyanın gündəliyinə konkret olaraq, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması məsələsi daxil edilməsə də, bu məsələnin iclasda müzakirə edilə və nərəcinsli balıqların ovuna 20-25 il moratoriumun qoyulması təklifi qaldırıla bilər: "Bu məsələ komissiyanın iclasının gündəliyində yoxdur. Amma 1-ci sessiya öz işinə başlayanda belə bir məsələ qaldırmaq istəyirik ki, nərəcinsli balıqların ovuna moratoriumun qoyulması sahəsində hökumətlərarası razılaşma olsun, onların ovlanmasına 20-25 il qadağa qoyulsun. Çünki onların kürüsü 18 il müddətinə yetişir. Ona görə də imkan vermək lazımdır ki, dənizdə nərəcinsli balıqlar inkişaf etsin və çoxalsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə