Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçildi




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibi genişləndirilib.

APA-nın xəbərinə görə, akademiyanın illik ümumi yığıncağında akademiklər Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın yeni vitse- prezidenti seçiliblər.


AMEA-nın müxbir üzvü Bilal Bilalov Rəyasət Heyətinin yeni üzvü və vitse-prezident vəzifəsini icra edən seçilib.