Netanyahu: "Məni çevriliş yolu ilə devirmək istəyirlər"




İsrailin baş naziri Benyamin Netanyahu korrupsiya və rüşvətdə şübhəli bilinməsi ilə bağlı ittihamlara cavab verib.  

"Sherg.az"ın "Lemonde.fr"ə istinadən xəbərinə görə, baş nazir Təl - Əvivdə seçicilərinin qarşısında çıxış edərək medianın ona və ailəsinə qarşı qarayaxma kampaniyasına başladığını söyləyib: 

"Solçuların və bu kampaniyaya dəstək olan media quruluşları məni çevriliş yolu ilə devirmək istəyirlər".   

Qeyd edək ki, son günlər B.Netanyahunun keçmiş həmkarlarının "Netanyahu və ailəsi rüşvətə bulaşıb" iddiasından sonra ona və ailəsinə qarşı təzyiqlər güclənib. Belə ki, sabiq həmkarları  onu avtraliyalı milyarder Cem Pakerdən qanunsuz olaraq bahalı hədiyyə qəbul etməkdə  günahlandırır. 

Tərcümə etdi: Ayyət ƏHMƏD