Görünür, Paşinyan Qarabağdakı rejimin ona qarşı təxribat törədə biləcəyindən, Qarabağ kartı vasitəsilə “vurulmaqdan” qorxur
Nikol qorxaq və iradəsizdir
09:51 15.02.2019
Arxiv
776
Ermənistan baş naziri ziddiyyətli açıqlamaları ilə münaqişənin həllini dalana sürükləyir
Görünür, Paşinyan Qarabağdakı rejimin ona qarşı təxribat törədə biləcəyindən, Qarabağ kartı vasitəsilə “vurulmaqdan” qorxur
Görünür, Paşinyan Qarabağdakı rejimin ona qarşı təxribat törədə biləcəyindən, Qarabağ kartı vasitəsilə “vurulmaqdan” qorxur
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı müharibə ritorikasında günahlandırıb. Baş nazir deyib ki, bu gün regionda sülh mühiti Azərbaycanın aqressiv tərzinə görə formalaşmayıb. Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirak etməli olduğunu bildirib. Lakin əlavə edib ki, azərbaycanlı icma bu prosesdə iştirak etməməlidir. Çünki onları rəsmi Bakı təmsil edir. Məlumat üçün bildirək ki, ayın 15-də Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Görüş öncəsi Paşinyanın bu cür absurd açıqlama ilə çıxış etməsi danışıqlar prosesinə zərbə kimi dəyərləndirilir.
İrəvan hökumətinin bəyanatını "Şərq”ə açıqlayan politoloq Ceyhun Əhmədli bildirib ki, Paşinyan iqtidarının sərgilədiyi hazırkı ritorika ilə danışıqlar prosesinin Paris və Davos raundu arasında çox böyük bir ziddiyyətlər burulğanı mövcuddur:
"Mnatsakanyan və Məmmədyarov Parisdə çox mühüm 2 məsələ ətrafında razılığa gəldi. Daha sonra isə ölkə rəhbərlərinin saat yarımlıq Davos görüşündə substantiv danışıqların davam etdirilməsi razılaşdırıldı. Amma Paşinyan birdən-birə ritorikasını dəyişdi və bir-birinin ardınca münaqişənin həllini çətinləşdirəcək açıqlamalar verdi.
Guya ki, Dağlıq Qarabağdakı qondarma rejim danışıqlar prosesində birbaşa tərəf kimi iştirak etməlidir, yaxud da o, Dağlıq Qarabağdakı rejimin adından danışa bilməz və s. Nəzərə alaq ki, bütün bunlar Paşinyanın qorxaqlığı və iradəsizliyindən irəli gələn məsələlərdir. Paşinyan Qarabağdakı rejimin ona qarşı təxribat törədə biləcəyindən, Qarabağ kartı vasitəsilə "vurulmaqdan” qorxur. Ona görə də danışıqlar prosesinin gedişatı barədə ictimaiyyəti məlumatlandırmaqdan qaçmağa çalışır”.
Analitikin sözlərinə görə, XİN rəhbərlərinin təmasları liderlər səviyyəsində görüşün təşkili üçün çox əhəmiyyətlidir:
"Hazırkı proses də buna doğru gedir. Çox güman ki, danışıqlar prosesinin Münhen raundu Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək görüşün baza prinsiplərini təmin edəcək. Görüşün ABŞ-da keçirilməsi ehtimalı yüksəkdir. Son vaxtlar Con Boltonun münaqişənin həlli prosesində xüsusi aktivlik nümayiş etdirməsi də bunu təsdiq edir. ABŞ Cənubi Qafqazdakı proseslərə daha yaxından təsir göstərərək regiondakı nüfuzunu möhkəmləndirməyə çalışır. Moskva da bu məsələdən narahatlığını müxtəlif kanallar vasitəsilə ifadə edib və yəqin ki, proseslərə kənardan seyirçi qalmayacaq. Hadisələrin bundan sonrakı gedişatını indidən demək bir qədər çətindir. Amma bütövlükdə münaqişənin tənzimlənməsi ilə bağlı 2019-cu ilin ölkəmiz adına uğurlu olacağına əminliyimiz böyükdür”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi