"Novruz İslam dini ilə bağlı bayram deyil" - İDDİA
16:49 03.03.2017
Arxiv
2848
"İnsanlar var ki, ağırlıqlarını, problemlərini tonqala tökmək istəyirlər, nəticədə yanıq xəsarətləri alırlar”
Bunu Sherg.az-a ötən od çərşənbəsində 7 nəfər uşağın tonqala düşməsi xəbərinə münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib.
O bildirib ki, Novruz heç bir əlamətinə görə İslam dini ilə bağlı bayram deyil:
"Hər kəs özü bilər, hansı "ağırlığını, uğurluğunu” tonqalda yandırır. Amma Quranda da deyilir ki, özünüzü təhlükəyə atmayın. Novruzun İslama yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Novruz bayramının özündə qədim adətlər qarışıq ənənələr birləşib. Əslində Novruz bayramının hansı tərzdə qeyd olunması insanların fərdi istəyindən asılıdır. Hər kəs buna özünün istədiyi kimi yanaşa bilər. Buna baxmayaraq, hər çərşənbələrdə tonqal yandırıb, üstündən tullanmaqla insanlar özlərini təhlükəyə atır”.
Novruz bayramını, ilaxır çərşənbələri İslam dininə aid olan Qurban bayramı ilə müqayisə edən E. Miri deyib ki, yaxşı olar uşaqlar qurban bayramında kasıblara qurban payının çatdırılmasında iştirak etsinlər:
"Qurban kəsilməsi mərhələsində uşaqlar iştirak etməsə daha yaxşıdır. Bayramın daha mənəvi tərəflərini, kasıblara əl uzatmaq kimi hissləri uşaqlara aşılamaq üçün onları ətlərin paylanmasında iştirak etməsi daha yararlıdır. Belə yanaşmaq lazımdır ki, bu gün çərşənbələri və Novruzu qeyd edərkən həmin uşaqların təhlükəsizliyi təmin edilsin. Bu həm valideynlərin həm də dövlətin borcudur. Amma mühüm məsələ var ki, kimsə fərdi yanaşıb, məsuliyyətsizlik edirsə bu onun şəxsi diqqətsizliyidir. Bütün hallarda ən əsası uşaqları belə hallardan uzaq tutmaqdır ki, xəsarət almasınlar”.
Qeyd edək ki, Ə. Əliyev Adına Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasının yanıq şöbəsinin həkim cərrahı Almaz Seyidov ötən çərşənbədə 7 nəfər uşağın tonqala düşdüyünü deyib. Xəsarət alan uşaqların II və III dərəcəli yanıq ilə xəstəxanaya gətirildiyini qeyd edən A.Seyidovun sözlərinə görə, həmin uşaqlar daha çox əl və diz nahiyələrindən yanıq xəsarəti alıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya