Noyert ABŞ-ın BMT-də daimi nümayəndəsi olmaqdan imtina etdi
10:58 17.02.2019
Arxiv
801
Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hizer Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna namizədliyini geri çəkib.
Virtualaz.org bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Noyert özü bu qərarı ailə vəziyyəti ilə bağlı verdiyini bildirib: "Son iki ay mənim ailəm üçün ciddi sınaq oldu və buna görə qərara gəldim ki, namizədliyimi geri çəkim”.
"The Washington Post” isə mənbəsinə istinadən yazır ki, Noyertin namizədlikdən imtinasının arxasında onun uşaqlarının dayəsi ilə bağlı ortaya çıxan fakt durur. Belə ki, həmin dayənin ölkədə qeyri-leqal yaşadığı və işləmək izninin olmadığı iddia edilir.
Noyert Donald Tramp və Mayk Pompeoya ona göstərilən etimada görə təşəkkür edib.
ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, əməkdaşının qərarına hörmət edir və ona gələcəkdə uğurlar arzu edir.
Prezident Donald Trampın isə tezliklə yeni namizədin adını açıqlayacağı bildirilir.
Qeyd edək ki, Noyert Dövlət Departamentinə gələnə qədər uzun müddət televiziyada işləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya