Onların cəzalanması üçün hüquqi işlər aparmalıyıq. Gərəkli faktlar toplanaraq ilk növbədə Azərbaycan məhkəməsinə təqdim edilməlidir
O canilər bir gün mühakimə olunacaqlar
Sarkisyan da, Köçəryan da Xocalı soyqırımını həyata keçirən şəxslərdirlər
Onların cəzalanması üçün hüquqi işlər aparmalıyıq. Gərəkli faktlar toplanaraq ilk növbədə Azərbaycan məhkəməsinə təqdim edilməlidir
Onların cəzalanması üçün hüquqi işlər aparmalıyıq. Gərəkli faktlar toplanaraq ilk növbədə Azərbaycan məhkəməsinə təqdim edilməlidir
Ermənistanda 2008-ci il martın 1-də baş verən hadisələrin yenidən təhqiq olunmasına start verilib. Erməni mətbuatı bu işin əvvəl-axır Qarabağ klanının, daha doğrusu, onun iki başlıca nümayəndəsi - keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın axırına çıxacağını yazır.
Qeyd edək ki, həmin vaxt hökumət qüvvələri ordu və polisin köməyi ilə müxalifətin mitinqini dağıdıb, minlərlə müxalifətçinin həbsinə nail olmuşdu. Ermənistanın indiki baş naziri Nikol Paşinyan da həbs olunanlar arasında idi.
İndi də Nikol Paşinyan özü hakimiyyətdədir və rəqiblərindən qisas almaq fürsətini əlindən qaçırmır.
Paşinyanı müdafiə edən erməni mediası isə hadisələrdə əli olan və həbs olunması ehtimalı yüksək sayılan bütün keçmiş hakimiyyət nümayəndələrinin siyahısını tutur.
Serj Sarkisyan və Köçəryanla yanaşı Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılırlar.
Qeyd edək ki, Qarabağda, Xocalıda əli azərbaycanlıların qanına batmış sabiq prezident, cinayətkar Serj Sarksiyanın törətdiyi cinayətkar əməllərinə görə, Azərbaycanda mühakimə edilməsinin zəruriliyi ilə bağlı fikirlər son zamanlar İrəvanda baş verən hadisələrin fonunda yenidən aktuallaşıb.
Xocalı soyqırımını törətməkdə birbaşa əli olan düşmən ölkənin devrilmiş rəhbəri Sarkisyana qarşı Azərbaycanda cinayət işi açılıb. Amma onun prezidentliyi dövründə Sarkisyanı real olaraq məsuliyyətə cəlb etmək mümkün olmayıb. İndi isə həmin şəxs hakimiyyətdən uzaqlaşdırılıb.
Maraqlıdır, Azərbaycan tərəfi Sarkisyanı mühakimə edə bilər?
Yaxud da beynəlxalq məhkəməyə müraciət edərək onun cəzalandırılmasına nail olmaq mümkündürmü?
Politoloq Vasif Əfəndinin sözlərinə görə, 18 il öncə - 27 oktyabr 1999-cu ildə Ermənistan Parlamentinə bir silahlı basqın gerçəkləşdirilib. Hücum zamanı Parlamentin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan və daha 6 nəfər - parlament sədrinin müavinləri güllələləniblər. İlk baxışdan bu terror hadisəsi Köçəryanın hakimiyyətinin əleyhinə təşkil olunmuş aksiya kimi təqdim olunsa da, son nəticədə aksiya prezidentin mövqelərinin daha da möhkəmlənməsinə və "Qarabağ klanı” adlanan qruplaşmanın tam qələbəsi ilə başa çatmasına xidmət edib: "Karen Dəmirçiyanın qətlindən sonra "Qarabağ klanı" ölkəyə tam nəzarəti götürə bilib. Köçəryanın ardından daha bir klan üzvü - Serj Sarkisyan növbəti iki seçki prezident kürsüsündə qala bildi. Ən alçaq yollarla, qətl və terror aktları törətməklə hakimiyyətə sahiblənən Sarkisyan Xocalı soyqırımının təşkilatçısı və iştirakçısı olub. Bu ilin mart ayında indiki prezident Nikol Paşinyanın rəhbərlik etdiyi "Çıxış” bloku Sarkisyanın törətdiyi 2008-ci il mart qırğınlarının araşdırılması üçün parlament komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etsə də, parlament üstünlüyünə malik olan Sarkisyan tərəfdarları məsələnin gündəmə salınmasına qarşı çıxıblar. Bu gün Ermənistan ictimaiyyətində bu klan üzvlərinin cəzalandırılması tələbləri başlayıb. Seçkiöncəsi seçicilərə söz verən Paşinyan bir növ bu prosesi başlatmağa məcburdur. Lakin Prezident kürsüsünə əyləşən Paşinyan bunun heç də asan olmayacağının fərqindədir. Klan o qədər güclüdür ki, onunla mübarizədə yarımcan olmaq şansı belə var”.
V.Əfəndi hesab edir ki, Paşinyan korrupsiya yolu ilə varlanan klan üzvlərini zərərsizləşdirmək planını həyata keçirməyə çalışır. Ancaq işlər heç də onun planladığı qədər asan olmayacq:
"Parlamenti buraxacağına söz verən Paşinyan hələ ki, bu işin öhdəsindən gələ bilmir. Hesab edirəm ki, Paşinyan parlamenti buraxaraq tam siyasi üstünlük əldə etməyənə qədər proses uzanacaq. Bu müddət ərzində də Sarkisyan Rusiyadan güclü siyasi dəstək alaraq öz mövqeyini qoruyub saxlayacaq. Sarkisyanın Ermənistanı tərk edəcəyini də güman etmirəm. Hər halda Rusiya Sarkisyanı Paşinyana təzyiq vasitəsi ilə olaraq siyasi gündəmdə saxlamağa çalışacaq. Rusiyanın çətiri altına girmiş qatillərin bizim tərəfimizdən törətdiyi Xocalı soyqırımına görə mühakimə etdirmək mümkünsüz görünür.
Lakin bu istiqamətdə hüquqi işlərin aparılması məqsədəuyğundur. Gərəkli faktlar toplanaraq ilk növbədə Azərbaycan məhkəməsinə təqdim edilməlidir. Sarkisyanın bu cinayətləri törətdikdə Azərbaycan vətəndaşı olması bu istiqamətdə hüquqi proseduranın aparılmasına imkan verir. Bundan sonra isə beynəlxalq məhkəmələrə üz tutmağımız reallaşa bilər. Bu proseslərdən hüquqi nəticə gözləməsəm də, mənəvi tərəfindən öz borcumuzu yerinə yetirə bilərik”.
Şəymən