"O səs Allah vergisidir"
09:08 20.06.2019
Arxiv
760
Arif Babayev: "İlahə gələcəkdə əsl xanəndə ola bilər"
Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatdı. Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.
VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.
Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.
Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.
Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.
İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.
Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.
Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.
Daha sonra qalib xanəndələr "Qarabağ şikəstəsi”ni ifa ediblər.
Müsabiqə bitdikdən sonra Xalq artisti Arif Babayev «Şərq»ə açıqlamasında Muğam müsabiqəsinin mahiyyətinin böyüklüyündən danışıb: «Müsabiqənin keçirilməsi həqiqətən muğama olan diqqətdir, qayğıdır.
Həqiqətən gənc nəslin arasında istedadlı uşaqları tapıb üzə çıxarmaq çox çətindi. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsində hər dəfə onlarla istedadlı gənc üzə çıxarılır, onlara böyük səhnəyə çıxmaq imkanı yaradılır. Müsabiqənin ilkin mərhələsində 200-dən artıq gənc arasından 15-16 gənc münsiflər tərəfindən seçilərək qalib olmaq imkanı əldə edir. Həqiqətən bu müsabiqənin Azərbaycan mədəniyyətinə töhfəsi danılmaz və böyükdür.
Yeni nəfəs, yeni səslər muğam səhnəsinə gəlir. Əsl istedadı tapmaq üçün 200-300 səs arasında seçim edirsən. O səs ki, biz axtarırıq, o səsləri tapmaq üçün zaman səfər edilib, münsiflər əziyyət çəkib. Budəfəki müsabiqədə də yaxşı səs sahibləri var idi.
Onların gələcəyi ola bilər, muğam ifaçıları olaraq formalaşa bilərlər. Bu dəfə müsabiqədə iki nəfər birinci yerin sahibi oldu. Hər ikisi güclü səsə sahib idilər. Amma İlahənin səsi daha çox ümid yaradır. O səs Allahın vergisidir. Əgər bu qız üzərində işləsə, tənbəllik etməsə, müəllimi ilə mütəmadi çalışsa, o qızın gələcəyi parlaqdı, o qız gələcəkdə əsl xanəndə ola bilər.
Bir də qeyd edirəm ki, bu müsabiqə istedadlı gənclərin parlaması, tanınmasında böyük rol oynayır. Mehriban xanım var olsun, Muğam Müsabiqəsində iştirak edən, güclü səsi olan gəncləri özü ilə dünyanın hər yerinə aparır, dövlət səviyyəli tədbirlərdə iştiraklarına imkan yaradılır, xarici ölkələrin səhnələrində gənc yaşlarında çıxış edirlər. Bütün bunlar Azərbaycan muğamına olan qayğının nəticəsidir. Bu şəraiti Mehriban xanım yaradıb. Bu gün Azərbaycan muğamı dünyaya səs sala bilib».
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol