Oğlunun ölümünə dözməyib özünü asdı




Gəncədə 83 yaşlı kişi intihar edib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 83 yaşlı Əhməd adlı kişi evində özünü asıb.

Qonşuların dediyinə görə, 1 ilə yaxındır ki, yaşlı kişinin oğlu Rusiyada dünyasını dəyişib. Bununla əlaqədar Əhməd stress keçirib, oğlunun ölməsinə dözə bilməyib.
Hazırda hadisə yerində hüquq mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.