“...Orqan transplantasiyasından niyə imtina etməliyik ki...? !” - Təşviqat aparılmalıdır

"Orqanlarımız qəbirdə çürüyüncə, başqa bir insanın yaşama səbəbi ola bilirsə, orqan transplantasiyasından niyə imtina etməliyik? !”
Bu barədə "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu bildirib.
O qeyd edib ki, bu məsələ ilə bağlı əhali arasında geniş təbliğatın aparılmasına ehtiyac var:
"Orqan bağışlanması ilə bağlı əhali arasında təbliğat genişləndirilməlidir. Həm din xadimləri, həm alimlər bu məsələ ilə bağlı təşviqat aparmalıdır.
Bununla bağlı insanları həvəsləndirmək lazımdır. Başqa yol yoxdur. Orqan transplantasiyası dünyada geniş tətbiq olunur.
Eyni zamanda Azərbaycanda da tətbiq olunur. Sadəcə, bu istiqamətdə iş aparılsa, hamı razılıq verər”.
Sevda Ulutau