Övladları PKK tərəfindən qaçırılan anaların FƏRYADI: "Ağrılarımız çox böyükdür"
13:26 06.11.2019
Arxiv
542
Fəryadlarının və zorakılığa etiraz edən hərəkətlərinin insan haqları müdafiəçisi olduğunu iddia edən bəziləri tərəfindən görməməzliyə vurulmasına və bəzi media qurumları tərəfindən xəbərlərinin işıqlandırılmamasına baxmayaraq, analar qaçırılan övladlarına qovuşmaq üçün HDP rayon təşkilatının qarşısında mübarizələrini davam etdirir. "Sherg.az"xəbər verir ki, HDP Diyarbəkir Rayon Təşkilatı binasının qarşısında övladı üçün etiraz aksiyasına davam edən analardan biri olan Əminə Qaya bildirib ki, “Oğlum 5 il əvvəl qaçırılıb. 20 il də keçsə, oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox.”
Diyarbəkirdə ana Hacirə Akar oğlu Mehmetin dağa qaçırılmasında HDP-nin vasitəçilik etdiyini iddia edərək 22 avqustda partiyanın rayon təşkilatı binası qarşısında oturma aksiyasına başlayıb. Hacirə Akar oğlunu terrora qurban verməmək üçün başlatdığı aksiyada qətiyyətli mübarizəsi nəticəsində 24 avqustda övladına qovuşub. Hacirə ananın oğlu üçün apardığı mübarizə eyni ağrıları yaşayan və ürəyi övlad həsrəti ilə yanan digər analara bir nümunə idi.
H.Akarın mübarizəsini nümunə götürən Fevziye Çətinqaya, Rəmziyə Akkoyun və Ayşəgül Biçərin 3 sentyabrda başlatdığı oturma aksiyasına qatılan ailələrin sayı 55-ə çatıb.
Əminə Qaya: “Mən burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox.” Ana Əminə Qaya, Anadolu Agentliyinə kürdcə verdiyi açıqlamada, oğlunun HDP tərəfindən qaçırıldığını və oğlu qayıdana qədər aksiyaya davam edəcəyini söyləyib. Ə.Qaya ana kimi çox əziyyət çəkdiklərini dilə gətirib: “Bir ana uşağını bir saat görə bilməsə, harada olduğundan narahat olar.
Mənim narahatlığım bir saat deyil, 5 il oldu. Beş ildir yata bilmirik. Xoşbəxt bir anımız yoxdur, gülmürük, üzümüzdə təbəssüm yoxdur. Ağrılarımız çox böyükdür. Oğlum 5 il əvvəl qaçırılıb. 20 il də keçsə oğlum gələnə qədər burada oturacağam. Burada ölməyə razıyam, ancaq qalxıb getməyə yox”. Əllərində övladlarının şəkilləri ilə etiraz aksiyalarını davam etdirən analar həsrətini çəkdikləri övladlarına qovuşmaq üçün gözləməyə davam edirlər. Övladlarının qaçırılmasından HDP-nin məsuliyyət daşıdığını düşünən Diyarbəkirli anaların etiraz aksiyası 65 gündür davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm