Parkda güclü yanğın baş verdi və 1800 nəfər...




İspaniyanın cənub - qərində yerləşən Donana parkında güclü yanğın baş verib. 

Sherg.az "lefigaro.fr"ə istinadən bildirir ki, dünən axşam saatlarından baş verən haisə zamanı parkdan 1800 nəfər evakuasiya olunub. 

Yanğının söndürlüməsinə 550 nəfər yanğın söndürən və 23 təyyarə və helikopter cəlb olunub.  

Külək və qızmar günəş yanğının söndürülməsini bir az da çətinləşdirib. Xoşbəxtlikdən heç bir xəsarət alan olmayıb. 

Hadisənin səbəbi isə hələ ki müəyyənləşməyib.