Parlamentdə müzakirə - İpoteka kağızı elektronlaşdırılır




Milli Məclisin bu gün keçirilən iclasında ipoteka kağızının elektronlaşdırılması üçün "İpoteka haqqında” qanuna dəyişiklik müzakirə edilib. 

Sherg.az bildirir ki, bu qanun layihəsi Milli Məclisdə I oxunuşda müzakirə olunur. Sənəd "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il 22 iyun tarixli fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması, şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsdəilə hazırlanıb.

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurlarların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.
Anar