Parlamentdə Qarabağla bağlı qətnaməyə etiraz edildi: "Qərəzli mövqelərini..."




Parlamentin bugünkü iclasında , noyabrın 15-də Avropa parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qətnamə müzakirə edilib. Xatırladaq ki, həmin qətnamədə, erməni lobbisinin təkidi ilə Dağlıq Qarabağın öz müqəddaəratını təyin etməsi məsələsi öz əksini tapıb.
Sherg.az-ın xəbərinə görə, xanım deputat Məlahət İbrahimqızı deyib ki, Avropanın bir sıra struktur və təşkilatları, Azərbaycana qarşı qərəzli mövqe göstərirlər, hücuma keçitlər: 

"Son vaxtlar bu hal daha da çoxalıb. Azərbaycan prezidenti cənab İlham Əliyev YAP-ın 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi. AP-ın son hesabatında Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı fəsillərdə ölkəmizə qarşı qərəzli məsələlər öz əksini tapıb. 

Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox qaçqın və məcburi köçkünü, eləcə də, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd şərtsiz çıxarılması ilə bağlı qətnamələr var. Belə olan halda, nə baş verdi? Ayın 15-də qəbul olunan sənədlər bir daha göstərdi ki, Avropa Birliyi müstəqil təşkilat deyil. 

Ölkəmizə qarşı qarşı olan qüvvələr orada öz mövqeyini gizlədə bilmirlər. Bu ölkəmizə qərəzli mövqenin nümayişdir. Mən hörmətli Oqtay müəllimdən Avronest Parlament Assambeyasının nümayəndə heyəti adından Avropa Parlamentinə müraciət hazırlanmasını xahiş edirəm. Bu qərəzli yanaşmalara son qoyulmalıdır". 

 Anar