Parlamentin 2-ci komissiyasının tərkibi yenidən formalaşdırılıb





Bu gün Milli Məclisin yaz sessiyasının ilk i clasında qurumun İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

Sherg.az bildirir ki, hər iki məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

İntizam komissiyasının tərkibinə millət vəkilləri Ağacan Əbiyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə, Hesablayıcı komissiyanın tərkibinə Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.

Anar