"Paşinyan anlayır ki, münaqişə hərbi müstəviyə keçərsə..." - Şərh






"2018-ci ildə Azərbaycan istər hərbi, istər siyasi, istərsə də iqtisadi sahədə öz mövqelərini gücləndirdi”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Münaqişənin həlli ətrafında cərəyan edən son prosesləri dəyərləndirən ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən atılan addımlar, onun Dağlıq Qarabağa tez-tez səfərlər etməsi, qondarma rejimi tərəf kimi göstərməsi, ümumiyyətlə radikal çıxışları münaqişənin həllinə mənfi təsir göstərdi:

"Paşinyan Rusiya-Azərbaycan münasibətlərinin güclənməsini və Azərbaycanın başçılığı altında reallaşan regonal layihələri görür. Bunları nəzərə alan baş nazir öz mövqeyində bir sıra dəyişikliklər etmək qərarına gəldi. Paşinyan yaxşı başa düşür ki, Bakı öz regional gücündən istifadə edərək, torpaqları azad etməyə qadirdir. İndiki zamanda Ermənistanın Azərbaycan ordusuna qarşı silahlı müqavimət göstərməsindən söhbət gedə bilməz. 

Onların çox arxalandığı KTMT-ya üzv dövlətlərlə Azərbaycanın münasibəti Ermənistanın həmin ölkələrlə olan əlaqəsindən daha yaxşıdır. Dünənə kimi Rusiyaya arxalanan Paşinyan anlayır ki, münaqişə hərbi müstəviyə keçərsə, bu onun üçün ağır nəticələnə bilər. Bilirsiz ki, Ermənistanda parlament seçkisi keçiriləcək. Parlament seçkisindən əvvəl Paşinyan Qarabağa dair radikal çıxışlar edirdi, ancaq sonra dərk etdi ki, bu cür çıxışlar ona qarşı yönələ bilər”.

İsmayıl