"Paşinyan Ermənistana heç bir yenilik gətirməyəcək " - ŞƏRH





"Ermənistanda siyasi vəziyyət çox qarışıqdır".

Bu barədə "Sherg.az”a politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, iğalçı ölkədə seçki prosesi heç də arzuolunan vəziyyətdə deyil:

"Ermənistanda Nikol Paşinyanın utimatumları ilə qarşılaşmış rəqib qüvvələrin hamısı çaşqın vəziyyətdədir. Onların müqavimət göstərib, öz planları üzrə hərəkət etmək istəkləri alınmır. Çünki faktiki olaraq N.Paşinyan may ayından indiyə qədər olan müddətdə vəziyyətdən özü üçün istifadə etdi. Yəni Paşinyan çalışır ki, həm xarici qüvvələr tərəfindən dəstək alsın, həm də İrəvan küçələrində toplaşan çıxışçıları ehtiyatda saxlasın və lazım olduqda insanları mintinqlərə çağırsın. Bu kimi faktorlar dan çıxış edərək N.Paşinyan göstərməyə çalışır ki, atdığı bütün addımların hamısı sadə insanların ürəyincədir. 

Ermənistanda illər boyu hakimiyyətdə olmuş Qarabağ klanı, "Çiçəklənə Ermənistan”, "Daşnaqsutyun" və digər partiyaların hamısının bir koalisiya yaradıb, N.Paşinyana qarşı tutarlı bir mövqe qoymaq istəkləri puça çıxıb. 

Ona görə də, baş nazir vəzifəsini icra edən N.Paşinyan öz planı üzrə addımlamaqda davam edir. Ölkədəki vəziyyətə sabitlik demək olmaz. Ermənistanda parlament seçkilərinin favorit qismində N.Paşinyan və onun ətrafı durur.Və o çalışacaq ki, öncə öz sralarını möhkəmləndirsin. Bu müddət ərzində komandasının formalaşmasını təmin etsin. 

Beləliklə də həm daxili, həm də xarici siyasətçilərə göstərsin ki, o vəziyyətə nəzarət edən siyasətçidir. Baxmayaraq ki, N.Paşinyan təsadüflər nəticəsində hakimiyyəyətə gəlib. Lakin bundan sonra onun təsdiqlənmiş kabineti həqiqətən də Ermənistana yeni bir güc, yenilik gətirəcəyini düşünür. Lakin bu, baş tutmayacaq. Separatçı ölkədə əsas vəziyyət bundan ibarətdir”.

Kənan Eynuroğlu