"Paşinyan Qarabağ spekulyasiyası ilə hakimiyyətini qorumaq istəyir” - ŞƏRH
14:35 18.09.2018
Arxiv
717
İşğal edilmiş Azərbaycan ərazilərinə gələn Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan sərsəm açıqlamaları ilə baş nazir Nikol Paşinyandan heç də geri qalmadığını sübuta yetirdi. Düşmən ölkənin XİN rəhbəri deyib ki, Ermənistan üçün əsas prinsip Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsidir. Onun sözlərinə görə, Qarabağ "təhlükəsizlik zonası” elan edilməlidir.
Erməni diplomat Qarabağ münaqişəsinin nizamlanması üçün nəzərdə tutulmuş "Madrid prinsipləri”ndən də danışıb. Mnatsakanyan qeyd edib ki, münaqişənin bu prinsiplər əsasında həll edilməsi Ermənistan üçün qəbuledilməzdir:
"Münaqişənin Madir prinsipləri əsasında həll edilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxaracaq. Azərbaycan Madrid prinsiplərinə uyğun olaraq Ağdamı geri qaytara bilər ki, bu da Xankəndi, Şuşa və Əsgəranın Azərbaycan ordusunun nəzarətinə verilməsi deməkdir. Cəbrayıl və Zəngilan kimi ərazilərin iqtisadi əhəmiyyəti də var. Bu əraziləri də Azərbaycana verməklə Ermənistan üzərindən Naxçıvana uzanan bölgə Azərbaycanın nəzarətinə verilə bilər. Başqa sözlə, bu prinsiplər Ermənistanın mövqelərini atəş altında saxlayır. Kəlbəcərə gəldikdə, onun əhəmiyyəti olduqca böyükdür, burada böyük içməli su ehtiyatları var. Kəlbəcərdən Ermənistanın bir çox bölgələrinə nəzarət etmək mümkün olacaq”.
Ermənistan XİN başçısının absurd açıqlamalarına münasibət bildirən politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında deyib ki, Paşinyanın və onun Mnatsakanyanın nə deməsinin önəmi yoxdur. Məsələ ondadır ki, münaqişə 1992-ci illərin əvvəllərindən başlayaraq daha çox beynəlxalq əhəmiyyətli problemə çevrilib:
"Dağlıq Qarabağ öz müqəddəratını Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edə bilər. İstər "Kazan razılaşması”, istərsə də "Lavrov planı” əslində yenilənmiş Madrid prinsiplərinin müddəalarının təkrarıdır. Son Qarabağ danışıqlarında müqəddəratı təyinetmə prinsipinə nisbətən ərazi bütövlüyü məsələsi daha qabarıq şəkildə öz əksini tapıb. Paşinyanın tənqid etdiyi razılaşmaları əslində Bakı da tam razılıqla qarşılamır. "Kazan razılaşması”, "Lavrov planı” və Madrid prinsipləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün ciddi təhlükəyə çevrilə bilər.
Məlumdur ki, Ermənistan Dağlıq Qarabağın onların nəzarətində qalacağına əmin olmasa, heç bir rayonu azad etməyəcək. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi problemində çoxsaylı suallar mövcuddur. Lakin, Madrid prinsiplərində bu məsələ öz əksini tapıb. Paşinyan da məhz bu razılaşmaya qarşı çıxmaqla, problemin həllinə imkan vermir. 1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk Qrupunun həmsədrləri Lissabon prinsiplərinə əsaslanaraq, iki hissədən ibarət, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 6 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış ediblər.
Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket” həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif isə "mərhələli” həll variantı adlanırdı. "Paket” variantında Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu. "Mərhələli” variantda isə münaqişənin mərhələlərlə nizama salınmasından söhbət gedir. Azərbaycan həmin planlarla tam razı olmasa da, həmsədrlərin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı”.
Analitikə görə, Paşinyanın son bəyanatı sübuta yetirir ki, cəbhə xəttində atəşkəsi mütəmadi pozan, təxribatlara əl atan Azərbaycan deyil, birbaşa Ermənistandır:
"Bu fakt açıq şəkildə bildirilməlidir. Lakin təəssüflər olsun ki, reallıq ifadə edilmir, gizlədilir və tərəflər eyniləşdirilir. İrəvan sülhün əleyhinə çıxış edir. Ölkə daxilində fiaskoya uğrayan Paşinyan Qarabağ spekulyasiyası ilə öz hakimiyyətini qorumaq istəyir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət