
Paşinyan və Əliyev iyunda sülh müqaviləsi imzalayacaq- İDDİA
18:35 24.01.2019
Arxiv
689
Rusiyalı ekspert bir neçə rayonun geri qaytarılacağını bildirir
"Detalların müzakirə edilmədiyi açıqlansa da, biz yetkin insanlarıq və başa düşürük ki, danışıqlar üçün konkret məsələ yoxdursa, danışmaq üçün heç bir şey yoxdur. Son aylar bu proses – bir neçə saat davam edən görüşlər – onu göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə üzərində "bazarlıq” gedir, bu layihə danışıqlar masasındadır.

Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın "168 jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Davosda baş tutan görüşünü şərh edərkən deyib.
"Gözlərə baxın, İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu, o deməkdir ki, İlham Əliyev bu partiyada qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar.
İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar.
İndi onlar üçüncü-dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu, mümkündür”, - o əlavə edib.
Politoloqun fikrincə, iyunda Paşinyan və İlham Əliyev Qarabağla bağlı razılaşma imzalayacaq və bu sazişə əsasən, ermənilər bir neçə rayonu qaytarmalı olacaq.
Politoloqun sözlərinə görə, bununla Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və bu sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq, nizamlanmanın paket layihəsi peyda olacaq və "Paşinyanın istəyi yerinə yetəcək”.
"Azərbaycan bəyan edir ki, torpaqlar qaytarılmalıdır, Ermənistan tərəfi isə susur. Əgər Ermənistan tərəfi Azərbaycanla bu məsələni danışmasaydı, İlham Əliyev heç vaxt Paşinyanla belə söhbət etməzdi”, - Tarasov deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm