Paşinyan yenə öz sələflərinin yolu ilə gedir
07:18 13.11.2018
Arxiv
599
"Belə gedərsə, Azərbaycan hərbi arqumentlərdən istifadə etmək məcburiyyətində qalacaq"
Ötən gün Parisdə Birinci Dünya müharibəsinin bitməsinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan dünya ictimaiyyətini aldatmağa səy göstərib. İşğalçı ölkənin baş naziri "sülhdən” dəm vuraraq, İrəvanın təcavüzkar mövqeyini gizlətmək istəyib. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini yanlış təqdim edərək, "xalqların öz müqəddəratını” həll etmə məsələsini yenidən gündəmə gətirib. Paşinyanın növbəti sərsəm açıqlamaları Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən sərt reaksiya ilə qarşılanıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Paşinyanın Paris Sülh Forumunda çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Qurum sözçüsü vurğulayıb ki, məhz Ermənistan tərəfi beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq Azərbaycan ərazilərini işğal edib. Yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq hüququndan məhrum qoyub: "Dövlətlər xalqların öz müqəddəratını təyin etməsi hüququna BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq hörmət etməlidir. Beynəlxalq Forumlarda çıxış edərək sülhdən danışmaq, əlbəttə yaxşıdır. Lakin ən vacibi sadəcə bəyanatlar verməklə kifayətlənməmək, verilən bəyanatlara uyğun davranmaqdır. Ermənistanın özünün daha yaxşı gələcəyi Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır”.
Paşinyanın beynəlxalq ictimaiyyət qarşısında göstərdiyi şou ilə bağlı "Şərq”ə danışan politoloq Zaur İbrahimli bildirib ki, Ermənistanın baş naziri Paşinyan saxta siyasətdə və populizmdə çox bacarıqlı olduğunu dəfələrlə nümayiş etdirib. Bu amil onun ən güclü "silahı” sayılır:
"Paşinyanın Paris Sülh Konfransında çıxışı da populizmin bariz nümunəsi sayıla bilər. Baş nazir çıxışında bildirib ki, "insanlıq nöqteyi-nəzərindən müharibədən heç kim udmur. Müharibə ancaq ağrı-acı gətirir”. Maraqlıdır, Paşinyan bunları kimə deyir?! Bu həqiqəti elə ilk növbədə Ermənistanın siyasi elitası və cəmiyyəti anlamalıdır. Reallıq odur ki, Paşinyan yenə öz sələflərinin yolu ilə gedir, dünya qarşısında "əbədi mərhumiyyətlərə məruz qalan xalq” obrazı canlandırmağa çalışır. Amma ermənilərin Cənubu Qafqaz xalqlarına, xüsusən azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş vəhşilikləri bu kontekstdə gizlətməyə, pərdələməyə çalışır”.
Analitikə görə, dünya artıq ermənilərin bu tərzinə öyrəşib:
"Ermənilərin xüsusiyyəti lətifələr predmetidir. Tanınmış şairlər, yazıçılar öz əsərlərində erməni xəstəliyini zaman-zaman vurğulayırlar, ironiya hədəfinə çevirirlər. Paşinyanın sonuncu çıxışı göstərir ki, Dağlıq Qarabağ məsələsi yeni hökumət üçün populizm predmetidir. Əlbəttə, belə məqamda Paşinyandan konstruktiv mövqe gözləmək əbəsdir. Belə gedərsə, Azərbaycan hərbi arqumentlərdən istifadə etmək məcburiyyətində qalacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə