“Paşinyanın Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə gücü çatmaz”





"Paşinyanın açıqlaması Türkiyədəki vətəndaşların bir qismini çaşdırmağa yönəlmiş növbəti sərsəmləmədir”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.

Ekspert bildirib ki, ölkəsi ağır iqdisadi böhran yaşayan Paşinyan bu cür açıqlamalar verməklə ermənilərin başının altına yastıq qoyur: 

"Baş nazir bilməlidir ki, Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də bu ölkələrin xaqları eyni soy-kökə malikdir. Türkiyədə heç kim razı olmaz ki, onun qardaşının başına müsbitlər gətirmiş, torpağını işğal etmiş bir ölkə ilə dostluq şəraitində yaşasın. Paşinyan beynəlxalq hüquqdan danışır, lakin BMT-nin 4 qətnaməsini unudur. Halbuki, Ermənistan BMT-yə üzv olarkən qurumun qarşısında öhdəliklər götürüb. Həmin öhdəlikdən biri təşkilatın qərarlarına hörmət etmək, bunu yerinə yetirməkdir. Ancaq düşmən ölkənin BMT-nin qərarlarını heçə sayması hər kəsə bəllidir. Başqalarını hüquq pozuntusunda ittiham edən Ermənistan rəhbərliyi əslində özü beynəlxalq qaydalara riayət etmir. Hökumət rəhbərinin düşünülməmiş ifadələr işlətməsi həqiqətən biabırçılıqdır. Nə Paşinyanın, nə də onun havadarlarının Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə gücü çatmaz”.

Analitik Paşinyanın Qarabağdakı qondarma rejim haqqında ifadələrinə də münasibət bildirib: 

"Cənab Prezidentin də qeyd etdiyi kimi, ermənilər bir dəfə öz müqqədaratını təyin etmə hüququndan istifadə edərək dövlət yaradıblar. İkinci dəfə bunu istəmək anormallıq və həyasızlıqdır. Rusiya, Suriya, ABŞ və Fransada ermənilər yaşayır. Onda belə çıxır ki, harada erməni yaşayırsa, mütləq orada dövlət yaratmalıdırlar. Bu, dünya üçün təhlükədir. Bu gün Qarabağda bunu istəyən erməni sabah Rusiyada, Gürcüstanda, Suriyada da bunu tələb edəcək. Kim təminat verir ki, Gürcüstanda kompakt yaşayan ermənilər də ayağa qalxmayacaq. Ona görə dünya ölkələri bu dövlətə qarşı mövqeyini düzgün seçməlidirr. Əks halda özləri də buna məruz qalacaqlar. "Mənə dəyməyən ilan min yaşasın” prinsipi ilə yaşamağın sonda hansı fəsadlar törədəcəyini hər kəs hesablamalıdır”.

İsmayıl