“Tələbə yataqxanası sadəcə universitetlərdə təhsil alanların yaxşı yaşayışının təminatı üçün deyil. Yataqxana ali məktəblərin dünyadakı imicini formalaşdırır”
Paytaxtda 1000 nəfərlik tələbə yataqxanası tikiləcək
20:40 16.09.2016
Arxiv
432
“Bu gözəl təşəbbüsə dövlətlə yanaşı, iş adamları, biznesmenlər də qoşulmalıdır”
“Tələbə yataqxanası sadəcə universitetlərdə təhsil alanların yaxşı yaşayışının təminatı üçün deyil. Yataqxana ali məktəblərin dünyadakı imicini formalaşdırır”
“Tələbə yataqxanası sadəcə universitetlərdə təhsil alanların yaxşı yaşayışının təminatı üçün deyil. Yataqxana ali məktəblərin dünyadakı imicini formalaşdırır”
Azərbaycanda 1000 nəfərlik tələbə yataqxanası tikiləcək. Bununla bağlı məlumat verən təhsil naziri Mikayıl Cabbarov deyib ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında paytaxtın mərkəzi hissəsində yeni tələbə yataqxanasının layihəsinə start verilib. Nazirin sözlərinə görə, layihə dövlətin təhsilə qayğısının bir nümunəsidir:
"Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcək”. M.Cabbarov bildirib ki, yeni yataqxana layihəsi Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək: "Lakin yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, ehtiyacı olan digər ali təhsil müəssisələri də tələbələrini yataqxanalarda yerləşdirə biləcəklər”. Universitetlərin yataqxana problemi ilə bağlı "Şərq”ə açıqlama verən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib ki, tələbə yataqxanası təhsil nazirini və ali məktəb rəhbərlərini düşündürən ən mühüm məsələdir: "Tələbə yataqxanası sadəcə universitetlərdə təhsil alanların yaxşı yaşayışının təminatı üçün deyil. Yataqxana həm də tələbə birliyini formalaşdırmaq, onların təlim-tədris keyfiyyətini yüksəltmək üçün zəruri amildir. Digər tərəfdən yataqxana ali məktəblərin dünyadakı imicini formalaşdırır. Reytinq cədvəllərində yüksək yer tutanlar hər zaman yaxşı və geniş tələbə yataqxanasına sahib olan ali təhsil ocaqları olur. Yataqxanası olmayan ali məktəblər isə zəif xarakterizə edilir və müsabiqələrdə yer tutmur. Digər bir çox vasitələrə görə də, yataqxana vacib elementdir”. Ekspertin fikrincə, nazir tərəfindən təşəbbüs bir qədər gec irəli sürülüb. Halbuki dövlətin bu cür layihələri həyata keçirmək üçün kifayət qədər geniş imkanları var: "Bu gözəl təşəbbüsə dövlətlə yanaşı, iş adamları, biznesmenlər də qoşulmalıdır. Eyni zamanda universitetlər özləri şəxsi təşəbbüslərlə layihələr hazırlaya və imkanlı adamlardan tələbə yataqxanalarının tikilməsi üçün maddi yardım istəyə bilərlər. Yəni layihələr davamlı olarsa, müsbət effekt verər. Unutmayaq ki, yataqxana zərurəti tələbələrin yaşayış şəraitini normallaşdırır və onların tədrisə, elmə yönəlmələrinə təkan verir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial