Peşə hazırlığı və əlavə təhsilin təşkilinə görə vəsait 1 milyon manat artırılır




Azərbaycanda peşə hazırlığı və əlavə təhsilin təşkilinə görə vəsait 1 milyon manat artırılır.

APA -nın məlumatına görə, bu barədə "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi barədə sənəddə əksini tapıb.

Qeyd edilib ki, peşə hazırlığı və əlavə təhsilin təşkilinə görə ayrılan 1 800 000 manat vəsait 2 800 000 manata qaldırılır.