PKK Türkiyədəki teraktı üzərinə götürdü: şəhidlər və 50-dən çox yaralı var - YENİLƏNİB





Terror aktını PKK terror təşkilatı öz üzərinə götürüb. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 50-dan çox adam yaralanıb. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ teraktda mülki və polis şəhidlərin olduğunu açıqlayıb.
**
10:00
Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində böyük partlayış baş verib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partlayış polis idarəsinin qəsəbədəki binasının yaxınlığında olub. Hazırda həmin bölgədə polislərlə terrorçular arasında atışma gedir. İlkin məlumatlara görə, partlayış nəticəsində 6 nəfər yaralanıb.