Prezident: “Beş rayonun azad edilməsi deyilirdi, artıq onun dördü bizdədir”
10:01 26.10.2020
Arxiv
479
“Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır. Ermənistan torpaqlarına girmirik. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı bərpa edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri bunu etməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq, heç kimdən kömək istəmirik. Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq”.
Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, biz istədiyimizə nail olacağıq:
“Bəs necə olacaq münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unuda biləcəkmi? Unutmayacaq. Bunu fikirləşsinlər, Azərbaycan xalqı o dövlət deyil ki, kimsə maraqlarını kənara qoya bilər.
Gün gələcək, xahişlərlə, əməkdaşlıq təklifləri ilə gələcəklər. Hansı üzlə bizə baxacaqlar? Bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm.
Yığılmışıq boğaza. Vasitəsi neytral olmalıdır, neytral deyilsə, getsin, öz namizədliyini geri götürsün. Vasitəçi ölkələr yeni funksiya fikirləşsinlər ki, nə ilə məşğul olacaqlar. Beş rayonun azad edilməsi deyilirdi. Artıq onun dördü bizdədir. O məsələ artıq qurtardı. Biz özümüz – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı çox hissəsi bizdədir. Eyni zamanda, Hadrut da bizdədir”.
İ.Əliyev bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər:
“Etiraz etmirəm, görüşsünlər. 28 il ərzində çox o qədər mənasız görüş olub ki... Görüşlərin mənası olmalıdır. Münaqişənin həllini tezləşdirsin. Ermənistan havadarları, sizə deyirəm, saxta dövləti xilas etmək istəyirsinizsə, deyin, çıxsın. Bir sözlə çıxa bilər. Onlara maliyyə, siyasi, hərbi dəstək verilməsə, Ermənistan ayaq üstdə dura bilərmi? Problemlər içində çabalayan ölkədə haradandır bu qədər pul?!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət