
Prezident Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib - FOTO
09:30 18.02.2019
Arxiv
411
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmi vurğulandı, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu.
Söhbət zamanı ölkələrimiz arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.
Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət