Prezident nitqini niyə yarımçıq dayandırdı ?– “Kürioz” hadisə




Flippinin prezidenti Rodriqo Düdert çıxış edərkən nitqini dayandırmaq məcburiyyətində qalıb.

"Sherg.az” "nouvelobs.com”a istinadən xəbər verir ki, R.Dütert seçki kamnpaniyası ilə bağlı təşkil olunan görüşdə çıxış edərkən onun çiynində bir hamam böçəyi peyda olub.

Xanımlardan biri böçəyi onun çiynindən yerə salmağa çalışıb və bu zaman prezident çaş-baş qalaraq çıxışına qısa da olsa ara verib.

Qeyd edəki ki, may ayının 13-dən etibarən Filippində parlament seçkiləri start götürəcək.

7 3 yaşlı prezident sonra verdiyi açıqlamada bu hadisəni belə izah edib: "Ev heyvanlarının otağına girmişdim. Onlardan birinə toxundum. Bu böçək heyvanın üzərində gəzirdi.

Sonra heyvan oyandı və böçək ondan uzaqlaşdı. Bunu orada görmüşdüm. Daha sonra mən o otağı tərk etdim”.



Tərcümə etdi: Ayyət Əhməd