Prezident: "Sona qədər gedəcəyik, düşməni bundan sonra da qovacağıq"
11:48 26.10.2020
Arxiv
464
"1993-cü ildə qəbul edilmiş qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Amma onlar elə bil, istəyirlər ki, bu sənədlər kölgədə qalsın, ya da qüvvədən düşsün və öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Biz yenə işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma bu, keçmədi. Qoşulmama Hərəkatına üzv ölkələr buna kişi kimi imkan vermədi. Bizə dəstək göstərdilər".
APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib.
Göstərdikləri mərdliyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sağ olsunlar, baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistan maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.
Azərbaycan Prezidenti qeyd edib ki, atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər, rədd olsun çıxsın. “Yoxsa, axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq, necə ki bizim qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”, - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət