"Prezident xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir" - Millət vəkili
12:52 13.02.2019
Arxiv
567
"Prezident Real TV-yə müsahibəsində çox geniş spektirli məsələlərə toxundu. Dövlət başçısının hər bir fikri mühüm məna və əhəmiyyət kəsb edirdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bütün siyasətlərin mərkəzində vətəndaşın sosial rifahı və təhlükəsizliyi dayanır. Dövlət başçısı da bunu vurğuladı:
"Azərbaycan sosial yönümlü siyasət həyata keçirən bir dövlətdir. Xalq hiss edəndə ki, arxasında güclü dövlət var, o zaman rifah səviyyəsi də yüksək olur. Əhali əmin-amanlıq və sülh şəraitində yaşayır.
Ölkədə vətəndaş həmrəyliyi hökm sürür və səfərbər olunmuş cəmiyyət formalaşır. Dövlət də o zaman güclü olur ki, arxasında xalq dayanır. Yəni millət öz dövlətini və onun rəhbərini müdafiə edəndə, dövlət sözün həqiqi mənasında hər şeyə qadir olur. İndiki Azərbaycan reallığı məhz belədir. Cənab Prezident vurğuladı ki, xalq iqtidarın siyasətini birmənalı şəkildə dəstəkləyir. Həqiqətən də ötən prezident seçkisində seçicilərin mütləq əksəriyyətinin Azərbaycan Prezidentinin lehinə səs verməsi göstərdi ki, xalqın böyük əksəriyyəti dövlət başçısının atdığı bütün addımları dəstəkləyir. Bunun səbəbi odur ki, həmin addımlar xalqın mənafeyinə, sosial rifahının yüksəlməsinə hesablanıb. Məhz bu cür siyasətin sayəsində Azərbaycanda sabitlik hökm sürür”.
Palrament üzvü vurğulayıb ki, Azərbaycanda məcburi köçkün və qaçqınlara, şəhid ailələrinə, müharibə veteranlarına çox böyük diqqət və qayğı var:
"Dövlət başçısının 11 aprel prezident seçkisindən cəmi 8 gün sonra verdiyi ilk fərman məhz şəhid ailələrinə diqqəti özündə ehtiva edən bir fərman idi. Həmin Fərmana görə, şəhid ailələrinin vərəsələrinə 11 min manat vəsait ödənildi. Bunun üçün 135 milyon manat vəsait ayrıldı. Dünyanın heç bir ölkəsində analoji addımlar atılmır. 300 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin edilib, yüzdən çox şəhərcik tikilib. Ümumiyyətlə, dövlət və şəxsən Prezident İlham Əliyev hər zaman xalqın yanındadır. Şamaxıda zəlzələ baş verərkən dövlət başçısı dərhal hadisə yerinə getdi. Hətta bir sakin dedi ki, "bilirdik ki, cənab Prezident dadımıza çatacaq”.
Həqiqətən də ölkə başçısı zərər görmüş insanların yanında oldu və onların dadına çatdı. Prezident haqlı olaraq vurğuladı ki, xarici ölkələrdə təbii fəlakətlər baş verərkən həmin evlər yalnız sığortadan pul ala bilirlər. Bu proses də aylarla, bəzən isə illərlə yubanır. Amma Azərbaycanda ölkə başçısı dərhal öz komandası ilə hadisə yerinə yollanır və əhaliyə dəyimiş ziyanın qısa zamanda ödənməsi üçün ciddi tapşırıqlar verir. Yəni Prezident bütün proseslərin mərkəzində dayanır və xalqın mənafeyindən irəli gələn siyasəti həyata keçirir. Xalq da bunu görür və dəyərləndirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi