“Prezidentin dillə bağlı sonuncu fərmanında əks olunan Tədbirlər Planı hazırdır”
10:04 13.11.2018
Arxiv
554
"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmanında olan tapşırıqlara uyğun olaraq, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrup artıq vəzifəsini yerinə yetirib, Tədbirlər Planını hazırlayıb və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təhvil verib”.
Bunu "Report”a açıqlamasında "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri, Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.
O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müasir mərhələdəki hədəflərini, istiqamətlərini, vəzifələrini müəyyən edir: "Fərman dilimizə kənardan daxil olan yad kəlmələrə, dilimizin qrammatikasına uyğun olmayan sözlərə həssas münasibət bəsləməyi tələb edir. Dilimizin daha çox özünün daxili zənginlikləri hesabına inkişaf etdirilməsi vəzifələrini qarşıya qoyur”.
Direktorun sözlərinə görə, tədbirlər planında 30-dan çox maddə öz əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə