"Prezidentin turizm sahəsini nəzarətə götürməsi çox yaxşı haldır"
13:47 14.02.2019
Arxiv
520
"Prezidentin turizim inkişafına xüsusi diqqət göstərməsi olduqca sevindirici haldır”
Bu sözləri "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.
İqtisadçının sözlərinə görə, ölkəmizdə gəzməli, istirahət etməli yerlər yetərincə çoxdur:
"Ölkəmiz turizmin inkişafında qonşu Gürcüstandan xeyli qabaqdadır. Prezidentin bu məsələni ciddi nəzarətə götürməsi yaxşı haldır. Düşünürəm ki, iqtisadiyyatın istənilən sektorunun inkişafı ilk növbədə qanunların işləməsi hesabına olur.
Qanunlar işləməli, məhkəmələr ədalətli, obyektiv olmalıdır. Çünki turizm deyəndə sahibkar nəzərdə tutulur. Sahibkar turizmi inkişaf etdirmək üçün gərək müəyyən miqdarda pul qoysun. Pulu qoyanda isə ilk növbədə fikirləşir ki, görəsən, mülkiyyət hüququ qorunacaqmı? Əgər sahibkar özünün müdafiə edilməsinə şübhəli yanaşırsa, o zaman qiymətləri qaldırır.
Novruz bayramına təxminən 1 ay qalıb. İnsanlarımızın il ərzində ən uzun istirahəti bu bayramdadır. Bizim öz vətəndaşlarımız bayramı burda keçirmirlər, çünki qiymətlərin bahalığını əsas gətirirlər. Bayram günlərində isə qiyməti daha da qaldırırlar. Ona görə də, vətəndaşlarımız Gürcüstana gedirlər. Bu baxımdan da dövlət başçısı turizmlə bağlı məsələlərə xüsusi fikir verir”.
Qeyd edək ki, Prezident İlham Əliyev REAL Televiziyasına verdiyi müsahibəsində ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra məqamlara toxunub. Ölkə başçısı bildirib ki, Azərbaycana turizmdən daxil olan vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya