“Hansı məntiqli və 3 övladı olan ana işıq puluna görə özünü öldürə bilər? Görünür ki, səbəblər başqadır”
Problemin kökünü öyrənmək lazımdır
06:28 06.02.2018
Arxiv
1000
İntihara cəhd edən anaların statistikası hazırlanmalıdır
“Hansı məntiqli və 3 övladı olan ana işıq puluna görə özünü öldürə bilər? Görünür ki, səbəblər başqadır”
“Hansı məntiqli və 3 övladı olan ana işıq puluna görə özünü öldürə bilər? Görünür ki, səbəblər başqadır”
Paytaxtda növbəti intihara cəhd hadisəsi baş verib. Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınıb.
İntiharların kütləvi hal aldığı göz qabağındadı. Qoca, cavan, yeniyetmə, fərq etməz, hər gün kimlərinsə intihar xəbərini eşidirik. Son zamanlar isə intiharın yeni növü -ananın övladı ilə birlikdə canına qəsd etməsi halları yaşanır. Xəbəri oxuyan hər kəsi bir sual maraqlandırır - "qadının özü ilə birlikdə körpəsini öldürmək istəməsinin səbəbi nədir?”. Bəziləri isə heç bu sualı düşünmədən, belə qadınları şiddətlə qınayır. "Öz canına qıyırsan qıy, heç olmasa övladına yazığın gəlsin”, "bu necə anadır?”, "yaxşı ana olsaydı, övladını fikirləşərdi”-kimi ifadələr səsləndirirlər.
Həqiqətən nədir səbəb? Cəmiyyətdə bizim bilmədiyimiz hansı "gizli” məqamlar baş verir? Özü ilə birlikdə övladının canına qıymaq istəyən ana topluma hansı "siqnalı” vermək istəyir?
Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, intihara cəhd edən anaların statistikasının hazırlanması olduqca vacibdir. Qadınların neçə yaşda ailə qurması və ana olması, psixoloji durumu öyrənilməli, statistikada öz əksini tapmalıdır: "30 yaşında qadınla 22-23 yaşlı qadın ana olduğu zaman onlarda doğuş sonrası depressiya eyni formada olmur. İntihar etmək istəyən şəxsin psixoloji durumu vacibdir. Onun ailəsindəki münasibət-həyat yoldaşının, öz valideynlərinin və evli olduğu şəxsin valideynlərinin ona davranışı necədir? Həyat yoldaşı ilə hansısa problemləri varmı? Bu suallara cavab tapmaq çox önəmlidir”.
Fərqanə xanımın fikrincə, ən çox intihar edən analar 22 yaşında olur. Həmçinin erkən doğuş edən və çoxuşaqlı analar da intihara daha çox meyillidir: "Onlarda depressiya, ailə münasibətlərində uğursuzluq, azyaşlı uşağın öhdəsindən gələ bilməmək qorxusu, "özümdən sonra əziyyət çəkən bir övlad qoyub getmək istəmirəm” - kimi düşüncələr olur.
Bu yaxınlarda ana övladı ilə birlikdə intihara cəhd eləmişdi. Mən onu sorğu-sual edərkən cavabı belə oldu - "mən qadınam, bu dünyada çox əziyyət çəkmişəm, psixoloji təzyiqlər görmüşəm. Qızımın da o təzyiqləri yaşamasını istəmirəm. Buna görə onu da özümlə bir yerdə intihara sürükləmişəm”. Ümumiyyətlə, intihar edən şəxslər "övladımı sevmirəm, o da ölsün deyə” canlarına qıymır. Övladlarını sevdikləri, onları kiməsə əmanət etmək istəmədikləri üçün çıxış yolunu intiharda görürlər. Ana fikirləşmir ki, kimlərsə onu qınayacaq. Hər zaman kütlə bir neçə istiqamətə bölünür və fikirlər müxtəlif olur. Özü ilə öldürməsə bir dərd, öldürsə başqa bir dərd.
Düşünürəm ki, ananın övladı ilə intihar etməsi əsas sual olmalı deyil. İntihar edən anaların statistikasını öyrənmək lazımdır. Statistika götürülüb psixoanaliz ediləndə və qeydiyyata alınanda əsas problem üzə çıxır.
3 uşağı olan ana işıq pulunu ödəyə bilmədiyi üçün intihara cəhd etmişdi. Övladlarından biri hərbi akademiyada oxuyurdu. Yəni, yeniyetmə övladı olan qadın depressiya yaşayırdı. Səbəb olaraq isə işıq pulunu ödəyə bilmədiyini deyirdi. Hansı məntiqli və 3 övladı olan ana işıq puluna görə özünü öldürə bilər? Görünür ki, səbəblər başqadır. Ona görə də statistika hazırlanmalıdır. Bu zaman problemin hardan qaynaqlandığını tapmaq olar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm