Psixoloq təklif edir ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və digər aidiyyəti qurumlar psixoloqlara imkan yaradıb, orta məktəblərdə şagirdlərlə görüşüb, söhbətlər aparmalarına çalışsınlar:
Psixoloq bəzi valideynləri QINADI:Uşağa “olmaz” deyir, amma səbəbini izah etmir" - İntihara aparan yol
09:35 19.07.2018
Arxiv
919
"Yeniyetmələr və gənclər arasında son vaxtlar biz psixoloqlara müraciət edənlər çoxalıb”.
Bunu "Sherg.az”a Bakıda 17 yaşlı qızın intihar etməsindən danışarkən psixoloq Aytən Ələkbərova söyləyib.
O qeyd edib ki, yeniyetmələrlə orta məktəblərdə, digər məkanlarda görüşləri zamanı şagirdlərin üsyankar davranışlarının şahidi olur:
"O qədər üsyankar, etirazçı təsir bağışlayırlar ki, hətta valideynlərinə qarşı kobudluq edənlər də olur. Gənclər azadlığa o qədər düşgün olurlar ki, hətta unu canlarından üstün tuturlar. Bir yeniyetmə, bir gənc ailəsinin qadağası ilə qarşılaşdıqda buna ciddi etiraz edir. Hətta deyirlər ki, dostlarımla, yoldaşlarımla harasa getməyə valideynlərim icazə versələr, yalan danışmaq məcburiyyətində qalmazdım. Bu məqamda uşaqlarda haqlı cəhət də var. Çünki valideynlər "olmaz” sözünü deyir, amma bunun səbəbini övladlarına izah etmirlər. Mahiyyətini aşılamırlar. Bu hal isə psixosomatik düşüncənin pozulmasına, dərin depressiyaların yaranmasına gətirib çıxarır. Yeniyetmələr ölümdən qorxu duymamağa başlayırlar.
Gənclər valideynlərinin təzyiqi ilə üzləşdikdə bu durumu düzəltməyə çalışmalı, onların etibarını qazanmalıdırlar. Halbuki valideynlərin övladlarına qadağa qoymasının səbəbi onlara duyduğu güvənsizlik hissi deyil. Valideynlər ətrafa, cəmiyyətə etibar etmirlər, övladlarını qorumağa çalışırlar. Amma istənilən halda bunu düşünüərək, övladlarımızı qısıtlamağımız, hər şeydən təcrid etməyimiz də düzgün deyil”.
Psixoloq təklif edir ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və digər aidiyyəti qurumlar psixoloqlara imkan yaradıb, orta məktəblərdə şagirdlərlə görüşüb, söhbətlər aparmalarına çalışsınlar:"Çünki orta məktəb şagirdlərinin xüsusilə 10-11-ci sinifdə oxuyan yeniyetmələrin psixoloji gərginlikləri, şəxsi həyatla bağlı, imtahanla əlaqədar həyəcanları çox olur. Elə uşaq tanıyıram, gileylənir ki, hamı dincəlir, istirahət edir, amma mənim valideynlərim üzərimə düşür, oxumalısan deyirlər. Bu kimi hallarda biz valideynlərə tövsiyə edirik ki, yay fəslində övladlarının istirahət etməsinə imkan yaratsınlar. Dincəlmək hər kəsin haqqıdır.
Gənclərin başına şəxsi həyatında xoşagəlməz hadisələr də baş verə bilər. İnternet əsridir, ola bilər 17 yaşlı qız sevgi həyatında problem yaşayıb. Amma bütün belə hallarda biz valideynlərə tövsiyə edirik ki, övladları ilə dost olsunlar. Çünki valideyn övladını dinləməsə, o, dərdini danışmağa adam tapmayacaq, təkbaşına stressə qapılıb, depressiyaya düşəcək. Bütün bunlar intihar hallarının daha sıx baş verməsinə səbəb olur”.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisənin səbəbləri tam məlum olmasa da bildirilir ki, N.Vəliyevanın son günlərdə ailədə bəzi problemləri olub və o, evi tərk edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət