Putin "Kreml hesabatı"na münasibət bildirdi: "Axmaqlıqdı"
13:25 30.01.2018
Arxiv
598
Rusiya prezidenti Vladimir Putin ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səlahiyyətli nümayəndələri ilə keçirilən görüşdə Vladimir PutinABŞ tərəfinin bu addımını dostcasına olmayan hərəkət adlandırıb: "Mən bu sənədi, siyahını görməmişəm. Səhər həmkarlarım məlumat verdilər, lakin siyahıya baxmadım. Bu sənəd və siyahı barədə ümumilikdə demək istədiklərim var. Biz sizinlə birlikdə daha çox özümüz haqqında düşünməliyik. İqtisadiyyatımızı, kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Məhz onda hansısa siyahı formalaşdırmağın heç bir mənası olmayacaq.
Hədələmək, qorxutmaq - bunların heç bir olmayacaq. Rusiya daxili məsələləri ilə məşğul olmalıdır. İt hürər, karvan keçər. O ki qaldı siyahıya, əslində, bizim hamımızı, yəni 146 milyonu hansısa siyahıya salıblar. Bunun niyə edildiyini anlamıram. Lakin sözsüz ki, bu, dostcasına olmayan aktdır.
Bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur. Baxın, görün, nə axmaqlıq baş verir. Rusiyanı Şimali Koreya və İranla bir sıraya qoyurlar, eyni zamanda bizdən xahiş edirlər ki, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edək. Bu, bəyəm axmaqlıq deyil?"
Rusiya prezidenti bu siyahını gözlədiklərini də vurğulayıb: "Gizlətməyəcəm, biz bu siyahını gözləyirdik. Cavab tədbirləri görməyə də hazır idik. Bunlar münasibətlərimizi sıfıra endirə biləcək tədbirlərdi. Lakin biz əks addımlar atmaqdan hələlik özümüzü saxlayırıq".
V. Putin adının sanksiya tətbiq olunması üçün hazırlanan siyahıya düşməməsinə də münasibət bildirib.
"Bu mənə ağır gəlir", - deyə Rusiya lideri bu barədə suala zarafatla cavab verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya