Putin sanksiyalar səbəbindən Rusiya, ABŞ və Avropanın itkilərini açıqlayıb
11:29 20.06.2019
Arxiv
666
"Rusiya 2014-cü ildən bu günə kimi Qərbin tətbiq etdiyi sanksiyalara görə təxminən 50 milyard dollar zərər görüb. Avropa ölkələrinin itkisi isə 240 milyard dollar olub".
APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Birbaşa xətt" canlı efirində çıxışında bildirib. O, bildirib ki, sanksiyalar səbəbindən təkcə Rusiya itirməyib: "ABŞ-ın itkisi 17 mlrd dollar olub. Onlarla bizim ticarət dövriyyəmizin həcmi azdır. Avropa ölkələri isə 240 mlrd dollar, Yaponiya 24 mlrd dollar itirib. Bu həm də həmin ölkələrdə iş yerlərinin itkisi deməkdir".
Rusiya prezidenti ölkəsinin Qərblə barışacağı təqdirdə bunun ölkə iqtisadiyyatına hansı müsbət təsirlərinin ola biləcəyinə dair sualı da cavablandırıb: "Biz heç kəslə dalaşmamışıq ki, barışaq. Dalaşmaq fikrimiz də yoxdur. Amma sizə deyim ki, sanksiyalar götürülsə belə, iqtisadiyyatda çox cüzi dəyişiklik olacaq. 2014-cü ildən bu tərəfə bizim iqtisadiyyatda çox irəliləyiş olub. 10 il bundan qabaq kimsə desəydi ki, Rusiya 20 milyard dollardan çox həcmdə kənd təsərrüfatı məhsulları ixrac edəcək, bu, hamıda təbəssüm doğurardı. Krım, Donbas məsələsinə Çinin heç bir aidiyyatı yoxdur. Lakin Çinə də sanksiyalar tətbiq olunur. Niyə? Çünki Çin dünya iqtisadiyyatının güc mərkəzinə çevrilməkdədir. Təbii ki, digər güc mərkəzi ABŞ bunu istəmir. Ona görə də, buna mane olmağa çalışır. Eyni münasibət Rusiyaya qarşı da sərgilənir".
Lent.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol