Putin “Türk axını" layihəsinə dair sazişi ratifikasiya edib
20:31 07.02.2017
Arxiv
510
Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə ölkəsi arasında inşa ediləcək "Türk axını" qaz borusunun tikintisi ilə bağlı sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Dövlət Duması tərəfindən yanvarın 20-də, Federasiya Şurası tərəfindən isə fevralın 1-də ratifikasiya edilib.
Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.
Qeyd edək ki, illik ümumi ötürmə gücünün 63 mlrd. kubmetr olacağı "Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.
Türkiyə parlamentində ötən ilin dekabrın 2-də qəbul edilən anlaşmanı prezident Ərdoğan üç gün sonra imzalamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol