Ekspertlər hesab edir ki, detalların ictimaiyyətə açıqlanmayacağı əvvəlcədən bəlli idi
Putinlə Ərdoğan Qarabağ münaqişəsini Soçidə çözüblər
07:25 15.11.2017
Arxiv
597
“Çox güman ki, məsələ regional təhlükəsizlik kontekstində gündəmə gətirilib”
Ekspertlər hesab edir ki, detalların ictimaiyyətə açıqlanmayacağı əvvəlcədən bəlli idi
Ekspertlər hesab edir ki, detalların ictimaiyyətə açıqlanmayacağı əvvəlcədən bəlli idi
Ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Liderlər arasında geniş tərkibli görüş 4 saatdan artıq davam edib. Ərdoğan Rusiya ilə əlaqələrin genişləndirilməsi barədə rus həmkarı Putinlə razılıq əldə etdiklərini söyləyib.
O bildirib ki, ölkələr arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə də irəliləyiş qeydə alınıb. İkitərəfli ticarət rəqəmlərindəki artıma diqqət çəkən dövlət başçısı hədəflərə çatılması üçün keçmişdəki kimi vizasız rejimə qayıdılmasının əhəmiyyətinə toxunub. Ev sahibi Vladimir Putin energetika sahəsində birgə layihələrin müzakirə edildiyini deyib. Türkiyənin kənd təsərrufatı məhsullarının idxalının başlandığını xatırlardan Putin digər məhdudiyyətlər üçün danışıqların davam edəcəyini vurğulayıb. Xatırladaq ki, Ərdoğanı səfər zamanı Baş qərargah rəisi Hulusi Akar, xarici işlər naziri Çavuşoğlu və prezident sözçüsü İbrahim Kalın müşayiət ediblər. Ərdoğan Soçi görüşü öncəsi Dağlıq Qarabağ münaqişəsi barədə həmkarı ilə müzakirə aparacağını desə də, görüşsonrası mətbuat konfransında bu barədə heç bir açıqlama verilməyib. Lakin siyasi şərhçilər hesab edirlər ki, liderlərin görüşündə Qarabağ münaqişəsi müzakirə mövzusu olub. Detalların ictimaiyyətə açıqlanmamasının müəyyən səbəbləri var. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Soçi görüşünü şərh edərkən detalların açıqlana bilməyəcəyini deyib. Onun sözlərinə görə, prezidentlərin görüşü zamanı elə mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrovun gələn həftə İrəvana və Bakıya səfər edəcəyini açıqlaması da liderlərin danışığında münaqişə ilə bağlı mühüm məqamların olduğuna dəlalət edir.
Görüşdən sonra yaranmış vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, detalların ictimaiyyətə açıqlanmayacağı əvvəlcədən bəlli idi. Ekspertin fikrincə, liderlər sadəcə ikitərəfli məsələləri deyil, eyni zamanda regional təhlükəsizliyi də müzakirə ediblər:
"Şübhə yoxdur ki, Ərdoğanla Putin arasında Dağlıq Qarabağ münaqişəsi danışıqlar predmeti olub. Çünki bu məsələ hər iki tərəf üçün olduqca maraqlıdır. Əgər bölgədə müharibə başlayarsa, həm Rusiya, həm də Türkiyə müşahidəçi qala bilməyəcək və potensial iştirakçıya çevriləcəklər. Təbii olaraq, iki dövlət də bunu istəmir. Ona görə düşünmürəm ki, Qarabağ mövzusu söhbətdən kənarda qalıb, yaxud ikinci dərəcəli məsələyə çevrilib. Görüşdən əvvəl Türkiyə rəhbəri Ərdoğan iki dəfə vurğuladı ki, Qarabağ problemini rusiyalı həmkarı ilə müzakirə edəcək. Çox güman ki, məsələ regional təhlükəsizlik kontekstində gündəmə gətirilib”.
Ekspert bildirib ki, söhbətin detallarının açıqlanmamasının müəyyən səbəbləri var:
"Dağlıq Qarabağ problemi çox mürəkkəb məsələdir. Burada maraqlı bir neçə tərəf var. Əvvəlcədən verilən hansısa açıqlama prosesə mənfi təsir göstərə bilərdi. Bilirsiz ki, prosesin ağırlığı ATƏT-in Minsk Qrupunun üzərinə düşür. Həmsədrlərdən kənar hansısa proses gedir düşüncəsi yaranmasın deyə, eyni zamanda vasitəçiləri və Ermənistanı qıcıqlandırmamaq məqsədi ilə açıqlama verilməyib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə