Qadın şairlərimiz Beynəlxalq Ədəbiyyat Portalında
13:28 20.11.2017
Arxiv
1226
Belarusun paytaxtı Minskdə MDB ölkələri üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı – "Sozvuçie” müstəqillik dövrü Azərbaycan qadın şairlərindən bir qrupunun şeirlərindən seçmələri dərc edib.
Rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarusun Yazıçılar birliklərinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.
"Qadın poeziyadır” başlıqlı təqdimatında K.Nəzirli poeziyamızın qadın nümayəndələrindən yalnız bir neçəsinin - Leyla Əliyeva, Nisəbəyim, Sona Vəliyeva, Afaq Şıxlı, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Təranə Məmməd, Günel Eyvazlı, Jalə İsmayıl, Nigar Həsənzadə, Xanım Aydın və Günel Şamilqızının şeirlərindən nümunələri MDB oxucularına təqdim edərək yazıb: "...
Bu gün Azərbaycan qadını sosial rifah naminə evdə də, çöldə də işləyir, ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq tribunalarda çıxış edir. Bununla belə, Azərbaycan qadını poetik düşüncəsindən də qalmır, yaradıcılıqla məşğul olur, şeirlər yazır. Bu şeirləri tərəddüdsüz sənət nümunələri və poeziya adlandırmaq olar. Özü də bu şeirlər insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Şeirlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var”.
Azərbaycan şairlərinin yaradıcılığını qiymətləndirən K.Nəzirli daha sonra qeyd edir ki, ötən əsrin 90-ci illərindən sonra qadın şairlərimiz yaradıcılıqla daha fəal məşğul olmağa başlayıblar: "Bizim qadınların yaradıcılığında əsas mövzu insana, doğma evə, ailəyə, dosta, bütün dünyaya sevgidir. Qadın şairlərimiz dünyanın taleyi üçün kişilərdən heç də az narahat olmurlar. Yaradıcı qadınlarımız istər-istəməz əcdadlarımızın bizə miras qoyduğu tarixi köklərimizə, ənənələrimizə bağlıdırlar. Bu gün onlar cəmiyyətdə mənəvi prosesə öz yaradıcılıqları ilə bir növ təkan verir, onu zənginləşdirirlər. Bu da damcı olsa da, dünya ədəbi prosesinə bir töhfədir...”
"Ədəbiyyatımıza, mədəniyyətimizə daim göstərdikləri diqqət və qayğıya görə Belarus informasiya nazirinin müavini Aleksandr Karlyukeviçə, MDB üzrə ədəbiyyat portalının rəhbərliyinə, xüsusilə tanınmış yazıçı və redaktor Anatoli Matviyenkoya təşəkkür edirik”, - deyə yazıçı-publisist qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə