“Qalatasaray” səfərdə “Kasımpaşa”nı böyük hesabla məğlub edib
18:25 17.02.2019
Arxiv
1121
Fevralın 17-də futbol üzrə Türkiyə Superliqasının XXII turu çərçivəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Qalatasaray” komandası səfərdə "Kasımpaşa” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, meydan sahibləri matçın 14-cü dəqiqəsində misirli yarımmüdafiəçi Mahmud Trezegenin cərimə zərbəsindən vurduğu qolla hesabı açıblar - 1:0. Lakin ev sahiblərinin qol sevinci cəmi 8 dəqiqə çəkib. "Qalatasaray” görüşün 22-ci dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub. Səlcuq İnanın məhsuldar ötürməsini Younes Belhanda qolla tamamlayıb - 1:1. Oyunun 28-ci dəqiqəsində Sofiane Fequli "Qalatasaray”ı hesabda irəli çıxarıb - 2:1. Birinci hissə bu hesabla başa çatıb. Matçın 53-cü dəqiqəsində S.Fequli özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:1. On beş dəqiqə sonra əlcəzairli futbolçu het-trik edib – 4:1.
Fatih Terimin yetirmələri bu qələbədən sonra xallarının sayını 42-yə çatdıraraq lider "Başakşəhər” ilə xal fərqini üçə endiriblər.
Gərgin anlar və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşmada baş hakim Ali Palabıyık futbolçulara 8 sarı vərəqə göstərib.
Turun bu gün keçirilmiş digər oyunlarında "Ərzurumspor” klubu "Sivasspor”u (4:2), "Kayserispor” komandası "Göztəpə”ni (2:1) məğlub edib. Digər oyunda isə altıncı pillədəki "Trabzonspor” doğma meydanda gözlənilmədən "Alanyaspor”a məğlub olub – 0:1.
Hazırda "Başakşəhər” 45 xalla çempionatda vahid liderliyini davam etdirir. "Qalatasaray” 42 xalla ikinci, "Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıb.
Tura fevralın 18-də keçiriləcək "Antalyaspor” – "Başakşəhər” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət