Qan Bankında kifayət qədər qan ehtiyatı var - RƏSMİ
12:01 01.10.2020
Arxiv
546
“Hər zaman birlik və bərabərlik nümayiş etdirən xalqımız son günlərdə baş verən hadisələr zamanı yenə də əzm nümayiş etdirir. Xalqımızın vətənpərvər oğul və qızları həm könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər edir, həm də Azərbaycan ordusunun zəfər yürüşü zamanı yaralanan mərd hərbçilərimiz üçün könüllü şəkildə qan vermək məqsədilə qan banklarına gəlir. Bu nəcib təşəbbüslərinə görə Mərkəzi Qan Bankı adından bütün vətəndaşlarımıza təşəkkür edirik!”
APA-nın məlumatına görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin məlumatında bildirilir.
Mərkəz vətəndaşlara müraciət edərək bildirir ki, Mərkəzi Qan Bankı və regionlarda yerləşən bölmələri hər zaman olduğu kimi, adi qaydada fəaliyyətini davam etdirir və hazırda qan ehtiyatı kifayət qədərdir: “Könüllü şəkildə qan donoru olmaq istəyən vətəndaşlarımız Mərkəzi Qan Bankının Bakı şəhərində və bölgələrdə yerləşən bölmələrinə zəng və ya gələrək ad, soyad, qan qrupu və telefon nömrələri haqqında məlumat verərək qeydiyyatdan keçə bilərlər. Ehtiyac yarandığı təqdirdə biz həmin məlumatlar vasitəsilə sizinlə əlaqə saxlayıb, qan banklarına dəvət edəcəyik.
Biz öz doğma torpaqlarımızda, işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün vuruşuruq. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir! Azərbaycan əsgəri düşməni torpaqlarımızdan çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Bizim davamız ədalətli davadır və biz əminik ki, bu zəfər yürüşündə Azərbaycan xalqı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun yüksək döyüş əzmi ilə istədiyinə nail olacaq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!
Bir daha xalqımıza göstərdiyi birlik və bərabərliyə görə təşəkkür edirik. Uca Allah ölkəmizi, xalqımızı və ordumuzu qorusun!
Biz birlikdə güclüyük!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm