Qarabağ danışıqları aktivləşsə də nəticə yoxdur
"Vaşinqton, Paris və Moskva münaqişənin həllinə deyil, tərəflərə təsir imkanlarını sınaqdan keçirirlər"
"Ermənistan hərbçiləri Azərbaycan torpaqlarının işğalını davam etdirərsə, münaqişənin həlli və ya tənzimlənməsi üçün beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən bütün toplantılar və görüşlər nəticəsiz qalacaq"
Son 6 ayda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri 3 dəfə bir araya gəliblər. İyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşən nazirlər yanvarın 16-da Parisdə, aprelin 15-də isə Moskvada münaqişənin tənzimlənməsi ilə bağlı müzakirələr aparıblar. Belə qənaətə gəlmək olar ki, yanvar görüşü Fransanın, aprel danışıqları Rusiyanın, iyun görüşü isə ABŞ-ın təşəbbüsü ilə baş tutub. Lakin əfsuslar olsun ki, üç görüşün heç birindən arzuolunan nəticələr çıxmayıb.
XİN rəhbərlərinin ardıcıl görüşlərini "Şərq”ə təhlil edən tanınmış politoloq Sədrəddin Soltan deyib ki, bütün bunlar kənardan həmsədrlərin işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayonun işğaldan azad edilməsi cəhdi kimi görünür. Ancaq bu təşəbbüsləri ilə Vaşinqton, Paris və Moskva münaqişənin həllinə deyil, sadəcə tərəflərə təsir imkanlarını sınaqdan keçirməyə can atırlar:
"Bununla da həmsədrlər sanki biri-birlərinə bölgədə daha çox kimin güclü, kimin sözünün keçərli olduğunu sübut etməyə çalışırlar. Nəticə dəyişməyib, builki görüşlərdə əsasən, humanitar sahədə əlaqələrə diqqət ayrılıb.
Əldə edilən digər razılıq isə nazirlərin təmasları davam etdirməsidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun görüşdən sonra jurnalistlərə verdiyi müsahibəsindən də münaqişənin həlli ilə bağlı ciddi nəticənin əldə olunmadığı qənaətinə gəlmək olar. Onun "aramızda hələ ciddi fərqlər qalır”, "eyni təkliflər”, "15 ildir müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik” kimi ifadələri də bunu təsdiqləyir. Başqa sözlə, məsələnin həlli detallarda, aradakı ciddi fikir ayrılığında və 15 ildir edilməyən yeni təkliflərdədir.
Heç şübhəsiz, münaqişənin dinc yolla tənzimlənməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır. Nazir bunu "ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtması” kimi xarakterizə edib. Amma belə bir addımı atması üçün Ermənistana heç bir təzyiq, yaxud şirnikləndirici təkliflər də edilmir. Ona görə də işğal davam edir. Ermənistan hərbçiləri Azərbaycan torpaqlarının işğalını davam etdirərsə, münaqişənin həlli və ya tənzimlənməsi üçün beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən bütün toplantılar və görüşlər nəticəsiz qalacaq”.
Analitikin sözlərinə görə, son zamanlar yenidən "əhalini sülhə hazırlamaq” tezisi ortaya atılıb:
"Dağlıq Qarabağın azərbaycanlı sakinləri öz dədə-baba yurdlarına gedə bilmirsə, onları sülhə necə hazırlamaq olar? Evində işğalçı oturan, daşı-daş üstə qalmayan Dağlıq Qarabağ və ətraf rayonların sakinlərini sülhə razı salmaq mümkündürmü?
Vaşinqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdim ediblər. Ancaq bu təkliflərin nədən ibarət olduğu məlum deyil. O zaman torpaqlarının taleyi barədə görüşün nəticələri, müzakirə edilən məsələlərdən xəbərsiz olan Azərbaycan vətəndaşları vasitəçilərə etibar edərmi?”.
Siyasi şərhçinin fikrincə, 3 saatlıq Vaşinqton görüşündə həmsədrlər tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar. Həmçinin, Qarabağın azərbaycanlı və erməni icmalarını sülhə hazırlamağı tövsiyə ediblər:
"Təklif edilib ki, təmas xəttindəki vəziyyət yekunda sülh müqaviləsinə doğru irəliləyişə mane olmamalı, proses davam etdirilməlidir. Həmsədrlər Azərbaycan və Ermənistan arasında mövcud birbaşa kommunikasiyadan yararlanmağı və eskalasiya riskinin qarşısını almaq üçün cəld reaksiya verməyə çağırıblar. Vasitəçilər və tərəflər arasında etimadı gücləndirmək üçün humanitar mübadilə həyata keçirməyin vacibliyini bildiriblər.
Nazirlərə yaxın ayda bir də görüşmək təklif olunub və s. Ehtimal olunan təkliflərdən və çıxışlardan göründüyü kimi Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaq siyasətini davam etdirmək istəyir. Vasitəçilər isə əvvəlkilərə oxşar təkliflər verib. Onların Vaşinqtonda Paris və Moskva görüşlərində əldə edilən razılığın gedişini müzakirə etməsi bunu təsdiqləyir.
Bu zaman belə bir sual yaranır: Paris və Moskvada hansı razılaşma əldə edilib? Bu sualın cavabı isə 3 görüşün yekun qiymətidir. Beləliklə, torpaqların işğaldan azad olunması üçün ən asan yolla bağlı heç bir fikir deyilməyib. Vasitəçilər bu görüşdə də Ermənistanı işğaldan əl çəkməyə çağırmayıblar”.
İsmayıl