"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov
08:30 21.11.2017
Arxiv
676
"Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.
APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: "O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.
Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: "Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə