“Qarabağ separatçıları xaricə Ermənistan vətəndaşı kimi gedirlər” - Politoloq
12:50 07.02.2017
Arxiv
1104
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək.
Bunu qrupun bədii rəhbəri Lira Koçaryan deyib. O, qrupun tərkibində 13 nəfərin olduğunu bildirib. Koçaryan bəyan edib ki, qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb. İranın Azərbaycandakı səfirliyi separatçı rejimin "Artsaxın səsi” adlı musiqi qrupunun Tehranda konsert proqramı ilə çıxış edəcəyi haqda yayılan xəbərə münasibət bildirib. Səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi deyib ki, məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, bu, Azərbaycanla İran əlaqələrinə zərbə vurmaq istəyən üçüncü qüvvələrin təxribatı ola bilər: "Adların dəyişdirilməsinə qarşıyıq. Bu, beynəlxalq normalara ziddir. Biz Artsax adlı yer tanımırıq”.
Ermənilərin növbəti təxribatı ilə bağlı "Şərq”ə danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib ki, Qarabağ və ətraf ərazilər ermənilərin işğalı altındadır. Orada dünya tərəfindən tanınan hansısa rejim yoxdur və ola da bilməz:
"Separatçı şəxslər xarici ölkələrə Ermənistan vətəndaşı kimi gedirlər. Yəni düşmən ölkənin pasportundan istifadə edirlər. Şübhəsiz, bu prosesdə erməni diasporası və lobbisi mühüm rol oynayır. Ona görə də çox vaxt bəzi xarici ölkələr separatçıların hansı terrorçu qruplaşmanı təmsil etdiklərini bilmirlər. Çünki onların bu barədə məlumatı yoxdur”.
Ekspert bildirib ki, İranla Ermənistan arasındakı xoş münasibətləri, fars-molla rejiminin işğalçı ölkəyə rəğbətini bilməyən yoxdur:
"Qondarma rejimin musiqi qrupunun Tehranda konsert verməsi bizi təəccübləndirmir. Azərbaycan torpaqlarını zəbt etmiş dövlətin müdafiə nazirini öz ölkəsinə dəvət edən bir ölkənin rəhbərliyindən istənilən təxribatçı hərəkəti gözləmək mümkündür. Rəsmi Tehranın "islam təəssübkeşliyi” barədə səsləndirdiyi fikirlər rejimin saxta ideologiyasının təbliğindən başqa bir şey deyil. Əgər belə olmasaydı, sərhədləri yaxınlığında işğal altında olan müsəlman torpaqlarını görməzdən gəlib düşmənlərlə əməkdaşlıq etməzdi. Fələstindəki müsəlmanlar barədə səsləndirilən fikirlər də saxtadır. Ümumiyyətlə, İran rejimi riyakar rejimdir. Bu ölkənin səfirlik nümayəndəsinin nə deməsindən asılı olmayaraq, bütün reallıq ortadadır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol