Qaradağın icra başçısından 16 milyonluq borcla bağlı AÇIQLAMA
07:16 15.09.2020
Arxiv
559
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidentliyə namizəd olduğunu xəbər vermişdik.
58 yaşlı S.Mikayılov ABF-in saytına açıqlamasında AIBA-nın 16 milyon dollarlıq borcunu bağlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:
“Mən bununla bağlı heç kimə söz vermədim. Sadəcə bildirdim və platformamda da qeyd etdim ki, üç ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən “borcları bağlayacağam” demədim”.
Onu da bildirək ki, xarici mətbuatda AIBA-nın 16 milyon dollarlıq borcunun “Benkons” şirkətinə olduğu qeyd olunur. “Benkons” isə “Gilan Holdinq”ə məxsus məhdud məsuliyyətli cəmiyyətdir. 2018-ci ilin martında Rusiyanın paytaxtı Moskvada keçirilən AIBA-nın Konqresində Süleyman Mikayılov “Benkons” ilə qarşıdurmanı aradan qaldıracağını və bütün həll edilməli məsələləri yoluna qoyacağını vəd edib.
Qeyd edək ki, ötən ilin martın 29-dan AIBA-nın prezident postu boşdur. Müvəqqəti olaraq bu funksiyanı mərakeşli Məhəmməd Mustasan icra edir. Prezident seçkiləri dekabrın 12-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək AIBA-nın Növbədənkənar Konqresi zamanı baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə