Qardaşı üsyan etdi!

“O axşam 10 yaşındakı uşağın belə əlində silah vardı"
Bursanın İnegöl qəsəbəsində toyda havaya açılan atəş nəticəsində həyatını itirən Necmi Polad son mənzilə yola salınıb. Cənazədə böyük qardaşı Hüseyn Polad, "Bundan sonra toylarda atəş səsləri, silah tamamilə yığışdırılsın. O axşam 10 yaşındakı uşağın belə əlində silah vardı" deyərək vəziyyətə reaksiya verib.
Məlumata görə, toyda havaya açılan atəş nəticəsində həyatını itirən Necmi Poladın (57) cənazəsi, yaxınları tərəfindən xəstəxananın meyitxanasından alınaraq, evinə gətirilib. Poladın cənazəsi, burada qılınan namazın ardından məhəllə qəbiristanlığında dəfn edilib. Mərasimdən sonra jurnalistlərə açıqlama verən Poladın böyük qardaşı Hüseyn Polad, belə bir hadisənin yaşandığına görə son dərəcə kədərli olduqlarını söyləyib. Mərhuma Allahdan rəhmət diləyən Polad, "Bundan sonra toylarda atəş səsləri , silah tamamilə yığışdırılsın. O axşam 10 yaşındakı uşağın belə əlində silah vardı. Kimsə silah atmasın. Belə canlar yanır." deyə danışıb. Cənazə mərasimində iştirak edən İnegöl Bələdiyyə başçısnn köməkçisi Eşref İgid də hadisə ilə əlaqədar istintaqın davam etdiyini ifadə edərək, "Dövlətimiz günahkarı tapacaq, günahkarlar ən layiqli şəkildə cəzalandırılar. Buna bəzən "qədər" deyirik, amma bunlar qırğındır. Bu məmləkətdə olmamalıdır. Kaş ki, yaşanmasaydı." deyib.