“Hər kəsdən xahiş edirəm, bütün qaydaların ciddiyətinə məhəl qoysunlar, mümkün qədər ehtiyatlı davransınlar. Hələ xəstəlik təhlükəsi qalır, yoluxanlar var. Mütləq Operativ Qərargahın tələblərinə, qayda-qanunlara əməl etməliyik. Maska taxmalı, sosial məsafəni gözləməliyik. Deyilənlərə riayət etməliyik ki, yoluxanların sayı azalsın və məhdudiyyətlər tamamilə aradan qalxsın.
Qaydalara riayət olunarsa...
Turan
18:41 14.09.2020
Arxiv
616
Toy məclislərinin keçirilməsi mümkün ola bilər
“Bir neçə gündür karantin qaydalarının yumşaldılması ilə bağlı zəruri tədbirlərin görüldüyünün şahidiyik”.
Bu barədə “Şərq”ə açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Deputat bildirib ki, gündəlik göstəricilərə əsasən, sağalan xəstələrin sayının yeni yoluxanların sayından artıq olması hər kəs üçün sevindirici haldır. Parlament üzvünün sözlərinə görə, bu nəticə dövlətimizin gördüyü qabaqlayıcı tədbirlərdən və vətəndaşlarımızın məsuliyyətli olmasından irəli gəlir:
“Hər kəsdən xahiş edirəm, bütün qaydaların ciddiyətinə məhəl qoysunlar, mümkün qədər ehtiyatlı davransınlar. Hələ xəstəlik təhlükəsi qalır, yoluxanlar var. Mütləq Operativ Qərargahın tələblərinə, qayda-qanunlara əməl etməliyik. Maska taxmalı, sosial məsafəni gözləməliyik. Deyilənlərə riayət etməliyik ki, yoluxanların sayı azalsın və məhdudiyyətlər tamamilə aradan qalxsın.
Karantin qaydalarının yumşaldılması və bəzi qadağaların aradan qaldırılması artıq toy şənliklərinin də keçirilməsi üçün zəmin yaradır. Neçə aylardır övladlarına toy edə bilməyən valideynlərin narahatlıq və təlaşları başadüşüləndir. Hamı istəyir ki, övladı ailə həyatı qursun, xoşbəxt yaşasın.
Doğrudur, elə cütlüklər oldu ki, toy mərasimi etmədən nikah masasına əyləşib ailə həyatı qurdular. Lakin əksəriyyət bu cür sadə toy etmək istəmir. Ona görə də bu məsələdə daha tələbkar olmalıyıq.
Yumşalma dövründə bəzi insanlar tibbi maskadan istifadə etmirlər. Belə hallar qətiyyən yolverilməzdir”. Millət vəkili vurğulayıb ki, toy mərasimlərinin baş tutması üçün nəzarət daha da gücləndirilməlidir:
“Dəvət olunan insanların maksimum sayı 100-150 nəfər olmalı, bir masa arxasında 6 nəfərdən artıq insan əyləşməməli, ara məsafəsi qorunmalıdır. Restorana daxil olarkən tibbi maskadan istifadə edilməli, mütləq şəkildə hər bir qonağın hərarəti ölçülməli və hərarəti yüksək olanlar məclisə buraxılmamalıdr. Bütün qaydalara riayət olunarsa, toy məclislərinin keçirilməsi mümkün ola bilər. Bu da vətəndaşdan asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə