Qazax rayon İcra Hakimiyyətində yeni təyinat olub




Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub. 

"Sherg.az" report.az-a istinadən verir ki,  Məmməd Oruc oğlu AlıyevQazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə  təyin olunub. 

Qeyd edək ki, M.Alıyev bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri işləyib.Və fəaliyyəti dövründə Qazax camaatına göstərdiyi diqqət, qayğı və fədakarlığı ilə seçilib. Məhz bu mənada rayon sakinlərinin böyük sevgi və rəğbətini qazanıb. Bir sözlə onun işgüzarlığı, əməksevərliyi, bütüh hallarda xalqın yanında olması, onların problemlərini dinləyib, həllinə çalışması kimi faktorlar məlum təyinatı şərtləndirən amillərdəndir.     

Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib.