Qəbələdə toy mərasimində qidadan zəhərlənənlərin sayı 75-ə çatıb 


Avqustun 5-də Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində qidadan zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına (MRX) və  Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, digərləri kişilər olub. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ MRX-da lazımı yardım edilib. Gecə saat 02:00 radələrində xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb.

Hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb.  Xəstəxana gücləndirilmiş rejimdə işləyir.